Berti Foqts milli komandanın heyətini açıqlayıb. Fanat.az xəbər verir ki, alman çalışdırıcı Özbəkistanla oyunla müqayisədə bəzi dəyişikliklər edib.
Öncə onu qeyd edək ki, "Neftçi" və "Qarabağ"ın futbolçuları bu dəfə heyətdə yer alıb. "Qarabağ"dan Rəşad Sadıqov, Bədavi Hüseynov, Qara Qarayev və Vüqar Nadirov, "Neftçi"dən Emil Balayev, Elvin Yunuszadə və Araz Abdullayev bu dəfə milliyə çağırılıb.
Bunlardan başqa, daha bir futbolçu heyətdə özünə yer edib. Belə ki, Ruslan Əmircanov bu dəfə yığmaya dəvət alıb. Müdafiəçinin adı Özbəkistanla oyun üçün açıqlanan ehtiyat heyətə salınmışdı.
Foqts Özbəkistan matçına çağırdığı Elnur Allahverdiyevə (Qəbələ), Emin Cəfərquliyevə (Araz Naxçıvan), Ali Gökdemirə (Simurq), Məhəmməd Mirzəbəyova (İnter), Abdulla Abasıyevə (İnter), Əfran İsmayılova (Xəzər Lənkəran), Kiyan Soltanpura (Sumqayıt), Emin Nuriyə (Kalmar, İsveç), Taşkın İlterə (Ayntraxt Braunşveyq, Almaniya) və Tuğrul Erata (Fortuna, Almaniya) ehtiyac duymayıb. Elnur Allahverdiyevin, Ali Gökdemirin, Taşkın İlterin, Tuğrul Eratın və Abdulla Abasıyevin adı ehtiyat heyətə salınıb.
Qeyd edək ki, bu futbolçulardan Emin Nuri və Kiyan Soltanpur ilk dəfə milliyə çağırılmışdı.
Fanat.az