"Bakıda hava çox istidi. Bu bizə təsir edir. Hava şəraitinə uyğunlaşmaq üçün əlavə bir günümüz var". Fanat.az xəbər verir ki, bu sözləri "Partizan"ın baş məşqçisi Marko Nikoliç deyib.
"Partizan" sabah Avropa Liqasının pley-off mərhələsində "Neftçi"nin qonağı olacaq. Serb mütəxəssis bu gün Bakıda mətbuat konfransı keçirərək oyunla bağlı fikirlərini bildirib: "Hər iki komanda bu mərhələni uğurla adlamaq istəyir və bir-birini yaxşı tanıyır. Oyunçularımın hər birinə güvənirəm. İnanıram ki, yaxşı mübarizə aparacağıq. Məşqçi heyətimiz əlindən gələni edəcək ki, futbolçuları oyuna hazırlasın. Konsentrasiya çox vacibdi. Çalışacağıq ki, ilk oyundakı səhvləri etməyək. Kifayət qədər şanslarımız olacaq ki, biz də hücumlar edək".
"Yəqin ki, stadiondakı atmosfer komandama təsir edəcək. Azarkeşlərimizin az olması oyunumuza təsir ediə bilər" deyə Nikoliç əlavə edib.
Rəqib çalışdırıcı "Neftç"ni tərifləyib: "Neftçi"nin çox güclü futbolçuları var. Julius Vobay və Flavinyonu qeyd edə bilərəm. Bizim üçün asan olmayacaq. Ancaq Sebiyada qalib gəlmişik, burada da qələbə qazanmaq istəyirik".
Fanat.az