Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 3-də Bakıda İsrail, sentyabrın 8-də isə səfərdə Portuqaliya yığması ilə qarşılaşacaq 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın qapıçısı Andrey Popoviç zədəli olduğu üçün yığmanın heyətindən çıxarılıb.
Qeyd edək ki, U-21-in dünən açıqlanan 25 nəfərlik heyətində daha iki qapıçı var. Belə ki, "Xəzər Lənkəran"dan Orxan Sadıqlı və "Sumqayıt"dan Şahruddin Məhəmmədəliyev də qarşıdakı oyunlara dəvət alıb.
Fanat.az