“Neftçi”nin Çempionlar Liqasının II təsnifat mərhələsində rəqibi olan Albaniyanın “Skenderbeu” klubunun kapitanı Bledi Şkembi vətənində müsahibə verib. Apasport.az saytının məlumatına görə, 34 yaşlı yarımmüdafiəçi iyulun 17-də Bakıda keçirəcəkləri ilk oyunla yanaşı, Avstriyada başa çatan təlim-məşq toplanışı haqda fikirlərini bildirib.
- Avstriyadakı hazırlıq mərhələsini və keçirdiyiniz yoxlama oyunları necə dəyərləndirirsiniz?
- Mehriban kollektivimiz hazırlıq prosesini təhlil etdi. Məşq prosesi nöqteyi-nəzərdən onu deyə bilərəm ki, hər şey yaxşı keçdi. Biz hər gün intensiv hərəkətlər üzərində işlədik. Hamı maksimal dərəcədə yüklənmiş halda çalışırdı. Oyunlara gəlincə, hamı artıq bilir ki, nəticələrimiz yaxşı olmadı. Buna müxtəlif amillər təsir göstərdi. Bəzi matçlarda intensiv fiziki hərəkətlərə görə yorğunluq vardı. Bundan başqa, biz çox güclü komandalarla üzləşdik. Bunlardan “Şaxtyor”, “Enerji” elə də asan rəqiblər deyil.
- Sizcə, bu oyunlarda harada böyük problemlər vardı?
- Bunu demək çətindir. Mən dəqiq deyə bilmərəm ki, problemlər harada idi. Əlbəttə, yalnız futbolda yox, bütün dünyada insanlarda müasirləşmə var. Səhvlər həmişə mövcuddur. Yoldaşlıq görüşlərində nəticə qazanan bilməməyimizə təsir edən əsas amilləri yuxarıda xatırlatdım. Mən yaxşı müdafiə olunmaq deyəndə, bütün komanda nəzərdə tuturam, təkcə arxa xətti yox. Bununla belə, yoxlama oyunlarını müsbət tərəflərinin də olduğunu demək istərdim. Onu gördüm ki, komanda oyun planında artırıb. Əmin olun ki, “Neftçi” ilə Çempionlar Liqasında hər 2 matçda Avstriyadakı yoxlama oyunlarından tam fərqli komanda görəcəksiniz.
- Bu matçlarda növbəti mərhələyə keçmək şansınızı necə qiymətləndirirsiniz?
- Artıq məlumdur ki, “Neftçi” bizdən qat-qat yüksək səviyyədədir. Onların 3-4 futbolçusu var ki, yarım milyon avro dəyərindədir. Heyət baxımından komandalar arasında fərqlər var. Bununla belə, biz öz oyunumuzu göstərib, qalib olmaq üçün sona kimi mübarizə aparmalıyıq. Ümid edirəm ki, biz Azərbaycanda keçiriləcək ilk oyunda müsbət nəticə əldə edib, vətənə inamla qayıdacağıq. Gəlin, sonadək yaxşı nəticəyə ümid bəsləyək.
- Yeni transferlər Qilman Lika ilə Müzəffər Eyupinin gəlişi ilə komanda daha güclənib?
- Bəli, mən də belə düşünürəm. Lika böyük komandaların ehtiyac olduğu futbolçudur. Onun gəlişi stimul olacaq. Bundan əlavə, Pero Peyiçin qalmağı bizim üçün qarantiyadır. Ancaq onu yadda saxlamaq lazımdır ki, Azərbaycana gedib hücum futbolu oynamayacağıq. Bizdən “Neftçi” ilə səfər oyununda hücum futbolu gözləməyin. Bu, ilk matçdır və rəqibin meydanında oynayacağıq. Biz daha çox müdafiə olunmaqla, arxa xəttə diqqət yetirməklə müsbət nəticə qazanmağa çalışacağıq. Fikrimcə, “Skenderbeu”nun evdə hücum futbolu oynamaqla qələbəyə bütün şansı olacaq.
- Eyupinin məsələsini artıq tam bağlanmış saymaq olar?
- Hər komandanın yaxşı futbolçuya tələbatı var. Heç kim deyə bilməz ki, bu və ya digər oyunçulardan tam razıdır. Ancaq fikrimcə, komanda özündə səviyyəli oyunçuları cəmləşdirərək tam komplektləşib. Düzünü desəm, mən Eyupini tanımıram və onunla heç vaxt bir yerdə olmamışam. Ancaq gəlibsə, hesab edirəm ki, o, komandamızın keyfiyyət tələblərinə cavab verəcək.
İdman24.az