13:33 23.05.2013 1090

Azad Rəhimov: Avropa çempionatı üçün 2 stadionumuz var

Gənclər və idman naziri Azad Rəhimov futbol üzrə 2020-ci il Avropa çempionatının keçirilməsi üçün Bakının namizədliyinin irəli sürülməsi ilə bağlı fikirlərini açıqlayıb.

İdman24.az-ın məlumatına görə, nazir jurnalistlərə açıqlamasında Bakı Olimpiya Stadionu və Tofiq Bəhramov adına Respublika stadionunun qitənin ən nüfuzlu futbol turnirini təşkil etməyə hazır olduğunu bildirib.

Rəhimov 2020-ci il Avropa çempionatı yeni səpkidə keçiriləcəyini xatırladıb.

O bildirib ki, UEFA tərəfindən təqdim olunan layihəyə əsasən, çempionat müxtəlif ölkələrdə təşkil olunacaq, yarımfinal və final oyunları ayrı-ayrı şəhərlərə bölünəcək. Bu baxımdan, nazir Bakıda çempionat oyunlarını qəbul etmək imkanlarının yarandığını söyləyib: “Bakı şəhəri 2020-ci il Yay Olimpiya Oyunlarına namizədliyini versə də, qısa siyahıya düşə bilmədi. Qaydalara görə, olimpiadaya namizədliyini verən ölkə həmin il təşkil olunacaq Avropa çempionatı uğrunda mübarizəyə qoşula bilməzdi. Qısa siyahıya düşə bilmədiyimiz gündən düşünürdük ki, Avropa çempionatı bizim üçün ölkəmizin idman potensialını nümayiş etdirmək və futbolumuzu inkişaf etdirmək, futbol həvəskarlarını sevindirmək baxımından çox əlverişli imkandır. Ən əsası odur ki, ölkələrə bölündükdə Azərbaycandan əvvəlki Avropa və ya dünya çempionatlarında olduğu kimi 6, 8, 12 stadion tikmək, bunlara böyük vəsait sərfi, həmin arenaları gələcək yarışlarda da tamaşaçılarla doldurmaq tələb olunmur. Bu şərt hazırda qarşımızda yoxdur. Bizi sevindirən odur ki, qalib gəlsək, bu, hazırda tikilən 68 min nəfərlik Bakı Olimpiya Stadionunun çempionat oyunlarına ev sahibliyi etməsi üçün gözəl imkandır və bütün dünyaya belə gözəl idman qurğusunu nümayiş etdirə bilərik”.

Nazir yenicə təmirdən çıxan Tofiq Bəhramov adına Respublika stadionunun da bütün tələblərə cavab verdiyini vurğulayıb. Onun sözlərinə görə, Avropa çempionatında qrup oyunlarının Bakıda təşkilinə qərar verilsə, Bakı Olimpiya Stadionu ilə yanaşı, Respublika stadionundan da yararlanmaq olar.

İdman24.az 

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X