Topaz Premyer Liqasında IV turun oyunlarına təyinatlar açıqlanıb. Fanat.az xəbər verir ki, ilk oyun günündə - avqustun 29-da baş tutacaq "Xəzər Lənkəran" - "İnter" oyununu FIFA referisi Əliyar Ağayev idarə edəcək.
Bir gün sonra keçiriləcək "Qəbələ" - AZAL görüşündə Rauf Cabbarov, "Sumqayıt" - "Araz Naxçıvan" matçında Ömər Paşayev fit çalacaq. Avqustun 31-də baş tutacaq “Neftçi” - “Simurq” oyununu Orxan Məmmədov, “Qarabağ” - “Bakı” qarşılaşmasını Ramil Diniyev idarə edəcək.
29 avqust
Xəzər Lənkəran - İnter
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Mehman Mahmudov, Fərid Məmmədov.
AFFA nümayəndəsi: Qürbət Həsənov.
Hakim-inspektor: Şahin Cəfərov.
“Xəzər Lənkəran” mərkəzi stadionu. Saat 20.00.
30 avqust
Qəbələ - AZAL
Hakimlər: Rauf Cabbarov, Elşən Acalov, Nahid Əliyev, Ramil Əhmədov.
AFFA nümayəndəsi: Rauf Əmirov.
Hakim-inspektor: Füzuli Nəcəfov.
Qəbələ şəhər stadionu. Saat 19.30.
Sumqayıt - Araz Naxçıvan
Hakimlər: Ömər Paşayev, Rza Məmmədov, Coşqun Həsənov, Mahir Məmmədov.
AFFA nümayəndəsi: Nüvər Xasıyev.
Hakim-inspektor: Xaqani Məmmədov.
“Kapital Bank Arena”. Saat 20.00.
31 avqust
Neftçi - Simurq
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. Saat 18.00.
Qarabağ - Bakı
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. Saat 20.30.
Fanat.az