AFFA İntizam Komitəsinin növbəti iclası keçrilib. Fanat.Az xəbər verir ki, komitə üzvləri Premyer Liqa və əvəzedicilərin çempionatının XXVIII, I divizionun XXIII turunun oyunlarına qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
Premyer Liqada son turuna görə yalnız "Kəpəz" cərimələnib - 800 manat. Buna səbəb gəncəlilərin "İnter"lə oyunda 4 sarı vərəqə alması olub.
“Sumqayıt”ın əvəzedici heytinin üzvü Akşin Hüseynov “Qəbələ” ilə oyunun 50-ci, AZAL-ın futbolçusu Tural İbrahimov "Zirə" ilə matçın 63-cü dəqiqəsində ikinci sarı vərəqəni alaraq meydandan qovulub. Hər iki futbolçu 1 oyunluq cəzalanıb, klubları 100 manat cərimələnib.
I divizionda isə MOİK-in futbolçusu Rafiq Kərimov “Göyəzən”lə matçın 47-cü dəqiqəsində sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alıb. Ona 1 oyunluq cəza verilib, klubu 20 manat cərimlənib.
Fanat.Az