19:51 29.08.2014 997

Ramin Musayev: "Topaz" hər kluba 30 top verib"

"Bir neçə il öncə klublarımız bir mərhələ keçəndə bayram edirdik. Artıq böyük nailiyyətlər əldə etməyə alışmışıq. Ona görə də dünən “Neftçi”nin pley-off mərhələsində məğlub olması hamımıza pis təsir etdi. İlk dəfə bir neçə mərhələ adlamaq sevincini bizə yaşadan da, avrokuboklarda öz sözünü deyən də “Neftçi” olub. Təəssüf ki, dünən bizi sevindirə bilmədi". Fanat.az xəbər verir ki, bu sözləri Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev deyib.

Musayev "Qarabağ"ın Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanmasından danışıb: “Qarabağ”ın dünən qrup mərhələsinə vəsiqə qazanması ölkəmizin təbliğ olunması baxımından çox yaxşıdı. Bir gün “Şuşa” klubu da qrup mərhələsinə vəsiqə qazanarsa sevinərəm. Bu, bizim üçün vacibdi. Bir-birimizə dəstək olmalıyıq. Futbol idmandı, şoudu. Burada əsas məsələ “Qarabağ”ın adıdı. Püşkatmada yalnız bir ad yazılacaq - “Qarabağ” - Azərbaycan. Yəqin ki, bu, başqa klublarımız üçün də bir örnək olar. Futbolumuzun bu səviyyəyə qalxması ölkə başçısı cənab İlham Əliyevin idmana olan qayğısından xəbər verir. Buna qədər digər idman növlərində uğurlarımız var idi, futbolda isə bir az “axsayırdıq”. Artıq ikinci komandamız Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanır". 

PFL prezidenti limit barədə fikirlərini bildirib: "Ölkələrin reytinqinə baxanda neçə ölkəni geridə qoyduğumuzu görə bilərsiniz. Postsovet məkanında yalnız Rusiya, Ukrayna və Belarusiyadan geri qalırıq. 340 gürcüstanlı oyunçu legioner həyatı yaşayır. Bizdə isə bu say çox azdı. Bəzən tətbiq olunan gənc oyunçu limitinə görə bizi tənqid edirlər. Hər mövsüm sonunda futbol ictimaiyyətinə yeni təkliflərlə bağlı müraciət edirik. Mövsüm öncəsi bir neçə I divizion təmsilçisi gənc oyunçu tapa bilməməsindən gileylənirdi. Lakin heç biri rəsmi müraciət göndərmədi ki, mən də bu məsələni İcraiyyə Komitəsində qaldırım. Normal səviyyəli futbolçularımız barmaqla sayılacaq qədərdi, kifayət qədər də pul qazanırlar. Gənc futbolçuların sayı artandan sonra rəqabət də artacaq. Limitlə bağlı bir neçə mövsüm müəyyən qədər çətinlik olacaq, amma tezliklə bunun bəhrəsini görəcəyik. I divizion klublarından Premyer Liqaya çox az sayda oyunçu gəlir". 

Musayev "Topaz"ın I divizion klublarına pulsuz top verdiyini deyib: "İlk dəfə olaraq Premyer Liqada Unibankla əməkdaşlıq etmişik. Premyer Liqamıza hal-hazırda isə "Topaz" sponsorluq edir. Yeni mövsümdən I divizionda mübarizə aparacaq “Zirə” klubuna Kapital Bank maliyyə yardımı ayırır. Onların rəhbərliyinə minnətdarlığımı bildirirəm. "Topaz" hər bir I divizion komandası üçün təmənnasız olaraq 30 futbol topu verib. Bu, Premyer Liqada ötən mövsüm oynanılan topların eynisidi. Elə klublarımız var idi ki, normal oyun toplarını almağa imkanı yox idi. Məşqlərdə və oyunlarda müxtəlif toplardan istifadə edirdilər. Bu da gənc futbolçuların inkişafına mənfi təsir göstərirdi. "Topaz"ın sayəsində artıq bu məsələ də öz həllini tapıb. Buna görə "Topaz" rəhbərliyinə minnətdarlığımı bildirirəm. Hər bir klubumuzun sponsoruna futbola verdiyi töhfəsinə görə təşəkkürümü bildirirəm, hər birinizə yarışlarda uğurlar arzulayıram. İstənilən I divizion komandasının Premyer Liqaya yüksəlməsi bizim üçün sevindirici haldı. Futbolun insanlarımıza verdiyi sevinc çox böyükdü. Bu hissləri daha çox yaşatmalıyıq”.

Fanat.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

15 İyun 2025
21:20

İtaliya çempionu Ronaldunun komanda yoldaşına elçi düşdü

20:51

Bakıda "At gücü" yarışı keçiriləcək

20:17

Karateçilərimizdən 1 qızıl, 2 gümüz, 3 bürünc medal

19:50

İtaliya millisinin yeni baş məşqçisi bilindi - RƏSMİ

19:18

"Milan"ın əfsanəsi A Seriyasının debütantını çalışdıracaq

18:49

Ter Stegen Türkiyə yolunda - SON DURUM

18:03

Dünya Kuboku: Azərbaycan gimnastlarından uğurlu nəticə

17:20

"Nyukasl"ın vingeri İngiltərə nəhənginə keçməyə yaxındır

16:56

Qranit Caka Almaniyanı İtaliyaya dəyişməyə qərar verdi

16:10

Bekhem "Ser" rütbəsinə layiq görüldü

15:48

"Milan"ın sabiq kapitanı İstanbul nəhənglərindən hansını seçəcək?

15:21

Xabi Alonso "Real Madrid"də debüt təəssüratlarını bölüşdü

14:55

Hidayət Heydərov ilk görüşdə məğlub oldu

14:19

Azərbaycan badmintonçuları beynəlxalq turnirdə iki gümüş medal qazandılar

13:52

"Bayern Münhen"in hücumçusu Avroliqanın qalibi ilə anlaşdı - RƏSMİ

13:20

"Fərdi mükafatlar məni qətiyyən maraqlandırmır" - Enrike "Qızıl top"dan danışdı

12:50

Avropa Gümüş Liqası: Millimiz növbəti matçına çıxır

12:18

AFFA-da klub nümayəndələri ilə görüş keçirildi

11:49

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:13

Dünya çempionatı: Hidayət Heydərov və daha 2 cüdoçumuz mübarizəyə başlayır

10:45

Günün oyunları bu kanallarda - AFİŞA

10:07

Klublararası dünya çempionatı: PSJ "Atletiko Madrid"lə üz-üzə

09:40

İlkay Gündoğan "Mançester Siti"ni bu kluba dəyişir - Danışıqlar başladı

09:00

Messinin komandası "Əl-Əhli" ilə bacarmadı

08:30

Azərbaycanda Milli Qurtuluş Günüdür

14 İyun 2025
23:43

İngiltərə millisinin üzvü Fransa klubunda - RƏSMİ

23:22

Sloveniyalı bombardir Almaniya nəhənginə keçir

22:46

U-17 AÇ: Azərbaycanın sərbəst güləşçiləri 3 medalla başladılar

22:17

Xorvatiyadakı beynəlxalq təlim-məşq toplanışı yekunlaşdı

21:32

Rumıniya millisi Azərbaycan yığmasına set vermədi

21:05

Vasili Berezutski "Sabah"dan getdi - RƏSMİ

20:55

"Çelsi" onu heyətinə qata bilsə..." - Klod Makelele

20:23

Azərbaycanın daha iki güləşçisi AÇ-nin finalında

19:59

AFFA U-13 Liqasında çempion da bilindi, mükafatçılar da

19:13

MY 71,4 milyon avro ödəməyə hazır olsa da...

18:52

Azərbaycan millisi "Devis Cup"da 3-cü qrupa yüksəldi

18:12

"Napoli"dən yeni transfer - RƏSMİ

17:40

Vüqar Kimuraya qalib gəldi

16:54

"Şamaxı"da daha bir müqavilə

16:08

"Zirə" Hacıağa Hacılı ilə müqavilə yenilədi

Facebookdan bizi izləməyi unutmayın.
X