Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” Avstriyada təlim-məşq toplanışını davam etdirir. Apasport.az saytının məlumatına görə, paytaxt klubu bu gün hazırlıq çərçivəsində altıncı yoxlama oyununu keçirəcək.
Böyükağa Hacıyevin yetirmələrinin rəqibi Rumıniya “Vasluy”usu olacaq.
Ölkə çempionatını 5-ci pillədə başa vuran rumın klubu ilə flaqmanın görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
Qeyd edək ki, “Neftçi” daha əvvəl “Volqa” (0:1), Kottbus “Energi”si (0:2) və “Makkabi”yə (0:3) uduzubsa, Burqhauzen “Vakker”inə qalib gəlib - 3:0. Ötən gün isə “Terek”lə (0:0) qolsuz bərabərliyə qalıb.
Yoxlama oyunu
10 iyul
19:00. NEFTÇİ (AZƏRBAYCAN) - Vasluy (Rumıniya)
İdman24.az