Türkiyədə təlim-məşq toplanışında olan "Qəbələ" klubu bu gün növbəti yoxlama matçına çıxacaq.
Qol.Az-ın məlumatına görə, Yuri Syominin komandası Türkiyə Superliqa təmsilçisi "Antalyaspor"la üz-üzə gələcək.
Bu oyun "Qəbələ"nin Türkiyədə üçüncü yoxlama matçı olacaq. Belə ki, daha öncə "Metallurq" (Zaporejye) klubu ilə 1:1 bərabərə qalan "Qəbələ" ardından "Trabzonspor"a 0:2 hesabı ilə uduzmuşdu.
Qeyd edək ki, "Qəbələ" iyulun 13-də "Mersin İdmanyurdu" klubu ilə qarşılaşacaq.
10 iyul
Yoxlama oyunu
"Antalyaspor" (Türkiyə) - "Qəbələ" (Azərbaycan)
İdman24.az