Aqil Məmmədov "Araz Naxçıvan"la oyunla (1:0) bağlı fikirləriri bildirib. Fanat.az xəbər verir ki, "Sumqayıt"ın baş məşqçisi azarkeşlərdən razılıq edib:
"İlk hissədə qol vursaq da, mən daha çox ikinci hissədən razı qaldım. Qələbə qazandıq. Düşünürəm ki, bu oyunda azarkeşlər bizə çox yardım etdilər. Uduzanda da, udanda da bizim yanımızdadılar. Bu oyunu unudub qarşıdakı matçlara hazırlaşmalıyıq. Turnir cədvəlinin lideriyik. İndiki məqamda bunu təsadüf yox, reallıq kimi qəbul etməliyik. Məqsədimiz çempionluq yox, ötənilki ilə müqayisədə daha yaxşı nəticə qazanmaqdı".
Fanat.az