Topaz Premyer Liqasında IV tura yekun vurulub. Fanat.az xəbər verir ki, yığma komandaya görə yaranacaq fasilədən öncəki son oyun günündə iki matç baş tutub.
Əvvəlcə meydana "Neftçi" və "Simurq" çıxıb. "Bakcell Arena"da təmir işləri getdiyindən İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutan oyunda 3 qol vurulub. 2 oyunda 3 xal qazanan "Neftçi" 2 matçda aktvinə 6 xal yazmış rəqibini məğlub edib. Hesabı 2-ci dəqiqədə Araz Abdullayev açıb. 47-ci dəqiqədə Julius Vobay fərqlənib. 7 dəqiqə sonra Marko Stanoyeviç fərqi azaltsa da, "Simurq"un bundan artığına gücü çatmayıb.
Turun son oyununda "Qarabağ" "Bakı"nı qəbul edib. Tofiq Bəhramov adına Respublika stadionunun ot örtüyü bərbad vəziyyətdə olduğundan oyun "İnter Arena"da keçirilib. Hesabı 32-ci dəqiqədə penaltidən Çumbinyo açıb. 66-cı dəqiqədə Nurlan Novruzov bərabərliyi təmin edib. 4 dəqiqə sonra Yure Travner "Bakı"nı hesabda önə keçirib. 84-cü dəqiqədə "Tvente" ilə oyunda bərabərlik qolunu vuraraq "Qarabağ"ı qrup mərhələsinə daşıyan Muarem Muarem hesabı bərabərlişdirib və matç 2:2 hesabı ilə bitib. Bununla da "Bakı" yeni mövsümdə ilk xalını qazanıb.
Qeyd edək ki, ilk iki oyun günündə 3 matç baş tutub. "Xəzər Lənkəran" "İnter"i, "Sumqayıt" "Araz Naxçıvan"ı 1:0, AZAL "Qəbələ"ni 2:1 hesabı ilə yenib.
31 avqust
Neftçi - Simurq 2:1
Qol: Araz Abdullayev, 2. Julius Vobay, 47 - Marko Stanoyeviç, 53.
Neftçi: 30. Saşa Stamenkoviç, 2. Karlos Kardoso, 5. Elvin Yunuszadə, 7. Araz Abdullayev, 9. Flavinyo (k), 10. Julius Vobay (15. Erik Ramos, 70), 11. Nikolas Kanales (23. Ruslan Qurbanov, 80), 18. Kaue da Silva, 19. Mirhüseyn Seyidov (21. Samir Məsimov, 62), 27. Məqsəd İsayev, 28. Emin Mehdiyev.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 3. Denis Silva, 17. Nicat Qurbanov, 95. Elvin Bədəlov.
Baş məşqçi: Böyükağa Hacıyev.
Simurq: 1. Pavel Kapsa, 2. İlkin Qırtımov (k), 3. Adam Banaş, 5. Vadim Abdullayev, 6. Samir Zərgərov (21. Murad Səttarlı, 63), 10. Rəşad Eyyubov, 15. Stepan Polyak (9. Lukaş Treşnyak, 78), 18. Tural Axundov, 20. İdan Vaytsman (8. Patrik Osiako, 52), 26. Benjamin Lambot, 88. Marko Stanoyeviç.
Ehtiyat oyunçular: 35. Amil Ağacanov, 16. Məhərrəm Hüseynov, 17. Rüstəm Məmmədov, 25. Oruc Balaşlı.
Baş məşqçi: George Çixradze.
Sarı vərəqələr: Emin Mehdiyev, 19 (qeyri-idman hərəkəti). Erik Ramos, 75 (qeyri-idman hərəkəti). Saşa Stamenkoviç, 90+4 (bilərəkdən vaxtı uzatdığına görə) - İlkin Qırtımov, 63 (hakimi aldatdığına görə). Lukaş Treşnyak, 89 (qeyri-idman hərəkəti).
Hakimlər: Orxan Məmmədov, Elman Musayev, Rahil Ramazanov, Ramiz Məhərrəmov.
AFFA nümayəndəsi: Ramiz Mustafayev.
Hakim-inspektor: Məlik Həsənov.
İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu. 1150 nəfər.
Qarabağ - Bakı 1:2
Qollar: Çumbinyo, 32-pen. Muarem Muarem, 84 - Nurlan Novruzov, 66. Yure Travner, 70.
Qarabağ: 13. İbrahim Şehiç, 3. Tərlan Quliyev, 5. Maksim Medvedev, 6. Hacı Əhmədov (20. Riçard Almeyda, 57), 7. Namiq Yusifov (k), 9. Reynaldo Silva, 11. Danilo Dias (10. Muarem Muarem, 70), 24. Admir Teli, 33. Şəhriyar Əliyev, 70. Çumbinyo, 77. Cavid Tağıyev (17. Vüqar Nadirov, 57).
Ehtiyat oyunçular: 1. Fərhad Vəliyev, 18. İlqar Qurbanov, 23. Tural İsgəndərov, 99. Namiq Ələsgərov.
Baş məşqçi: Qurban Qurbanov.
Bakı: 1. Aqil Məmmədov (k), 3. Yure Travner, 6. Vüqar Bəybalayev, 7. Nuran Qurbanov, 8. Mario Lukas Horvat, 10. Nurlan Novruzov (17. Elmin Əsgərli, 90+1), 18. Əziz Quliyev (11. Tural Qürbətov, 63), 19. Elton Hüseynov, 21. Elşad Manafov, 22. Risto Ristoviç (16. Rövşən Əmiraslanov, 88), 37. Mikayıl Rəhimov.
Ehtiyat oyunçular: 12. Elxan Əhmədov, 15. Azad Kərimov, 20. Valeh Seyidov, 55. Aydın Mustafazadə.
Baş məşqçi: İbrahim Uzunca.
Sarı vərəqələr: Admir Teli, 44 (qeyri-idman hərəkəti). İbrahim Şehiç, 71 (qeyri-idman hərəkəti). Vüqar Nadirov, 73 (qeyri-idman hərəkəti). Reynaldo Silva, 89 (qeyri-idman hərəkəti) - Nikayıl Rəhimov, 31 (qeyri-idman hərəkəti). Lukas Mario Horvat, 83 (qeyri-idman hərəkəti). Aqil Məmmədov, 90+2 (qeyri-idman hərəkəti).
Hakimlər: Ramil Diniyev, Kamran Bayramov, Rəvan Həmzəzadə, Teymur Fərhadov.
AFFA nümayəndəsi: Sakin Məmmədzadə.
Hakim-inspektor: Rövşən Əhmədov.
Tofiq Bəhramov adına Respublika stadionu. 1000 manat.