“Zirə”nin serbiyalı yarımmüdafiəçisi Milan Duriç hazırda vətənindədi. Fanat.Az xəbər verir ki, “qartallar”la olan müqaviləsinin müddəti başa çatan futbolçu Zirə təmsilçisində qalacaq.
Qışda orta xətt oyunçusunu göndərmək istəyən baş məşqçi Ayxan Abbasov fikrini dəyişib. Çalışdırıcı yanvardan sonra oyununda yüksəliş müşahidə edilən Duriçlə yeni müqavilə imzalanmasını istəyir.
Sözügedən əcnəbiylə ötən yay 1+1 prinsipiylə anlaşan Premyer Liqa klubu Avroliqaya Duriçsiz qatılmayacaq.
Fanat.Az