"Beşiktaş"ın yeni baş məşqçisi Slaven Biliç qarşıdakı mövsüm haqda iddialı danışıb.
İdman24.az xəbər verir ki, xorvat məşqçi klub azarkeşlərini ümidləndirib. Biliç "Azarkeşlə bərabər mübarizə aparan klub olacağıq. Azarkeş bizi hücum edən, cəld oynayan, topu ağılla idarə edən klub kimi görmək istəyir. "Beşiktaş" cəsur klub kimi yoluna davam edəcək", deyib.
İdman24.az