Ölkəmizə gələcək “Fənərbaxça” klubunun planlarına qismən aydınlıq gəlib. Apasport.az saytının məlumatına görə, Superliqanın gümüş mükafatçısı Lənkərana Bakıdan gəlməyəcək.
Belə ki, türklər İstanbul – Bakı reysi ilə gəlməkdənsə, Lənkərana birbaşa gəlməyi üstün tutub. Ona görə də, “Fənərbaxça” ölkəmizə İstanbul – Lənkəran çarter reysi ilə təşrif buyuracaq.
Qeyd edək ki, “Fənərbaxça” iyulun 21-də “Xəzər Lənkəran”la yoxlama oyunu keçirəcək. Lənkəran şəhər stadionunda baş tutacaq qarşılaşmanın başlanma saatı 21:00-dır.
İdman24.az