"Barselona" rəhbərliyi transfer edilə biləcək futbolçular siyahısına hazırda Almaniyanın "Bayer" klubunun və Türkiyənin yığmasının gənc ulduzu Hakan Çalhanoğlunun da adını əlavə edib.
Fanat.Az xəbər verir ki, türk ulduz Kataloniya klubunun maraq dairəsində olsa da, bu təklifə müsbət yanaşmır və "Mançester Yunayted"də oynamaq istəyir.
Hakan isə mətbuata açıqlamasında haqqında yayılan iddiaların əsassız olduğunu bildirib: "Yazılanlar yanlışdır. Mən belə bir şey deməmişəm. "Barselona"dan təklif gəlsə, hər kəs sevinər. Bunu rədd etmək çox çətin olar. Bu səbəbdən mən bu təkliflərə açığam. Geri qalan məsələləri isə menecerim həll edəcək. Həm "Barselona", həm də "Mançestr Yunayted" güclü klublardır. Hazırda hədəfim çalışdığım komandada yaxşı oyun nümayiş etdirmək, sonra milli komandada Avropa Çempionatında yaxşı mübarizə aparıb ölkəmi layiqincə təmsil etməkdir".
Qeyd edək ki, FİFA tərəfindən Çalhanoğluna 4 ay müddətində futbol oynamamasına dair qadağa qoyulub.
Onu da qeyd edək ki, hazırda "Barselona"da Türkiyə millisinin digər üzvü Arda Turan çıxış edir.
Fanat.Az