Premyer Liqaya vəsiqə qazanan “Səbail” transfer çalışmalarını davam etdirir. Fanat.Az-ın əldə etdiyi məlumata görə, Bakı təmsilçisinə təklif edilən futbolçular arasında təcrübəli Vüqar Nadirovun da adı var.
“İnter”dən qayıdandan sonra “Qarabağ”ın əsas heyətində möhkəmlənə bilməyən, əsasən əvəzedici komandada oynayan Nadirovun xidmətində bakılılar da maraqlıdı. Baş məşqçi Samir Əliyev “hə” deyəcəyi halda, Vüqar növbəti mövsümdən debütantın formasını geyinəcək. “Qarabağ” artıq Vüqarla yolları rəsmən ayırıb. Bu isə o deməkdi ki, keçidin reallaşmaq ehtimalı böyükdü.
Fanat.Az