15:20 10.07.2013 778

"Həmin nəticəni unutmaq lazımdır"

“Xəzər Lənkəran”ın bolqarıstanlı futbolçusu Radomir Todorovun apasport.az saytına müsahibəsi

- Avropa Liqasının I təsnifat mərhələsində Maltanın “Slima” klubu ilə cavab oyununa necə hazırlaşırsınız? 

- Prinsipcə, normal. Hər şey plan üzrə gedir. Bizdə həmişə hazırlıq proqramı olur. Həmişə olduğu kimi, oyuna ciddi hazırlaşırıq. Komandada atmosfer əladır. Ümid edirik ki, sabah qalib gələcəyik. Allahın köməyi ilə hər şey qaydasında olacaq.

- Səfərdəki 1:1 hesablı nəticəni artıq unutmusunuz? 

- Fikrimcə, həmin nəticəni unutmaq lazımdır. Çünki bildiyiniz kimi, kubokda mübarizə 2 oyundan ibarətdir. Bu, cavab matçı olacaq. Biz diqqətimizi hesaba yönəltsək də, istənilən halda, təkrar matçda necə qalib gəlməli olduğumuz haqda düşünməliyik. 

- Siz maltalılara necə qalib gələ bilərsiniz? 

- “Xəzər Lənkəran” həmişə oynadığı oyunu göstərməlidir. Öz azarkeşlərimizə, onların dəstəyinə, dolu stadionumuza ümid bəsləyəcəyik. Fikrimcə, komandada futbolçular arasında anlaşma artıq yoluna qoyulub. Çünki iyunun 20-dən təlim-məşq toplanışına başlamışıq və xətlər arasında əlaqə yaranmalı idi. Düşünürəm ki, artıq bir-birimizi daha yaxşı başa düşürük. 

- Demək olar ki, “Slima”nı rəqib kimi qiymətləndirməməyin acısını çəkdiniz? Ümumiyyətlə, bu komandanı necə xarakterizə edərdiniz? 

- Biz onları yox, öz oyunumuz haqda düşünürük. Fikrimcə, biz “Slima”dan qat-qat üstün səviyyədəyik. Ümumiyyətlə, “Xəzər Lənkəran” bu səviyyədə komanda deyil. Rəqib haqda onu deyə bilərəm ki, yüz faiz güclərini qoyur, bacardıqları qədər oynayırlar. Necə alınsa, elə də olur. Onların itiriləsi heç nəyi yoxdur. Bildiyiniz kimi, Malta elə də böyük, ümumiyyətlə, futbol ölkəsi deyil. Mən rəqibi incitmək istəmirəm, ancaq bizimlə eyni səviyyədə deyil. 

- Çoxları komandanızdan təkcə qələbə yox, inamlı, böyük hesablı qələbə gözləyir. Bunu reallaşdıra bilərsiniz? 

- Əlbəttə, buna çalışacağıq və belə hesab gözləmək olar. Bildiyiniz kimi, futbolda hər şey olur. Ümid edirəm ki, biz məhz böyük hesabla qalib gələcəyik. Bununla azarkeşlərimizi, rəhbərliyimizi sevindirə biləcəyik. İnamlı qələbə biz futbolçulara özünəinam baxımından yaxşı olacaq.

- “Xəzər Lənkəran”ın qitə miqyaslı turnirlərdə Lənkəranda, ümumiyyətlə, evdə ilk qələbəsinə yaxın olmağı sizə əlavə stimul verirmi? 

- Bu amil bizə Lənkəranda öz azarkeşlərimiz qarşısında qələbə qazanmağa daha istəkli edir. Qitə miqyaslı turnirlərdə Lənkəranda qələbə qazana bilməməyimiz hələ heç nə demək deyil. Biz bu uğursuz sindromu qırmağa çalışacağıq ki, azarkeşlərimizi sevindirək.

- Növbəti mərhələyə rəqib İsrail klubudur. Yəni, yenə “Makkabi”, sadəcə, bu dəfə Təl-Əviv yox, Hayfa təmsilçisi. Artıq bu rəqib düşünürsünüz? Sizcə, hansı “Makkabi” daha güclüdür? 

- Komandamız 2 il öncə Təl-Əviv təmsilçisi ilə oynayanda, mən onun heyətində deyildim. Buna görə də həmin rəqib haqda bir şey deyə bilmərəm. Hayfa “Makkabi”sinə gəlincə, biz hələ bu haqda düşünmürük. Çünki qarşıda işimiz var ki, onu uğurlu sona çatdırmalıyıq. Bundan sonra II mərhələ oyunları haqda düşünəcəyik. İstənilən halda, bilirsiniz ki, İsraildə çempionat güclüdür və demək olar hər il qitə miqyaslı turnirlərdə qrupda oynayırlar. 

İdman24.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

16:10

"Zirə" "Sabah"la oyuna 5 itki ilə çıxacaq - AÇIQLAMA

15:51

Mourinyu milli komandanın "sükanı arxası"na keçir - İDDİA

15:33

Azərbaycanın millisi ilk dəfə B divizionunda mübarizə aparacaq

15:15

UEFA Avropa çempionatını təxirə salır - AÇIQLAMA

14:56

AFFA-da türkiyəli nümayəndələrlə görüş keçirildi

14:38

"Barselona" 8 futbolçu ilə yolları ayırır - ADLAR

14:20

Azərbaycanlı parabadmintonçu Bəhreyndə beynəlxalq turnirə qatıldı

13:52

“Turan Tovuz” Futbol Akademiyasına seçimlər başlayır

13:34

Neymar 1 milyonluq yeni avtomobilini göstərdi - FOTO

13:15

Azərbaycan millisinin üzvü Dünya Kubokunda iştirak edəcək

12:56

La Liqada cəmi iki mövsüm davam gətirdilər

12:37

Stolüstü tennis üzrə ölkə çempionatının ilk qalibləri bilindi

12:19

Hələ "Real" tarixində Mbappe kimisi olmamışdı - Di Stefanonun rekordu yeniləndi

12:01

Asensio və üç keçmiş "Real"lıya qarşı cinayət işi açıldı

11:43

Konseysau finalda "Bolonya"dan aldıqları məğlubiyyəti belə şərh etdi

11:24

Azərbaycan gimnastları Avropa kubokunda mübarizəyə başlayırlar

11:05

Erik Dayerin yeni klubu bəlli oldu - RƏSMİ

10:46

Yeddi ölkə III MDB Oyunlarında iştirakını rəsmən təsdiqləyib

10:27

Almaniya nəhəngi yeni transfer reallaşdırdı - RƏSMİ

10:08

AFFA rəhbərliyi FIFA-nın Konqresində iştirak edəcək

09:49

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

Facebookdan bizi izləməyi unutmayın.
X