15:09 11.05.2017 635

Hüseyn Cəbrayıloğluna yeni vəzifə verildi

"Xəzər Lənkəran"ın mətbuat katibi Hüseyn Cəbrayıloğluna yeni vəzifə verilib.

 

Tanınmış jurnalist, eyni zamanda "Palmalı" şirkətlər qrupunda fəaliyyətini davam etdirən Hüseyn bəy bundan sonra "Xəzər Lənkəran"ın stadionunun direktoru kimi çalışacaq. 


Cəbrayıloğlu sport7.az-a açıqlamasında bunları deyib:

 

- Əvvəlcə yeni işinizlə bağlı düşüncələrinizi bölüşərdiz. Necə oldu? Təklif kim tərəfindən gəldi?

- Açığı təyinat barədə heç bir bilgim, hətta gözləntim belə yox idi. Klub prezidenti Lənkərana səfəri zamanı şirkətə məxsus zavodda geniş tərkibdə iclas keçirdi və qərarını açıqladı. Təqribən ilyarım əvvəl mənə şirkətə məxsus otelə rəhbərlik təklif edilsə də, "yox" demək imkanım olmuşdu. Çünki heç bir zaman özümü görmədiyim işin altına girmək düşüncəm olmayıb. Stadion isə mənə yad məkan deyil. Burda Sovet dövründə "Xəzər"in matçlarında topdaşıyan olmuşam, "Xəzər Lənkəran"ın güclü fanatı kimi tribunada yerimi almışam. Daha sonra jurnalist qismində media lojada yerimi tutmuşam. Klubda çalışmağa başladıqdan sonra da stadion iş yerim olub.


- Stadionla bağlı hansı yenilikləri görəcəyik? Hansı ideyalarınız var?

- Stadion hər şeydən əvvəl əzəmətini saxlamalıdı. Paytaxtdan kənarda stadion həmin şəhər üçün ən əhəmiyyətli obyektlərin başında gəlir. İdeya olaraq həm də geniş imkanlara malik idman kompleksidi. Həm idmana dəstək, həm də qazanc olaraq maddi anlamda büdcəni formalaşdırıb, həlli vacib problemlərizi həyata keçirə bilərik. Kənardan pul gözləmək prinsipi unudulmalıdı. Məsələn hovuzumuzdan ötən yay yeniyetmə nəsil istifadə etdi və üzgüçülüyün sirlərini öyrəndi. Lənkəranda ikinci belə hovuz yoxdu. Burada mənim övladlarım da üzməyi öyrəndilər. Hansı ki, indi dənizdə üzərkən onlara insanlarin heyrətli baxışı valideyn kimi məni məmnun edir. Deməli, mənim kimi nə qədər valideyn eyni hissi yaşayır. Bütün dünyada stadionlar bu tip yollarla büdcəsini formalaşdırır. Genis ərazimiz və ideyalar da yetərincə var.


- Ümumiyyətlə, stadionun son durumu necədi? Futbol olmasa da meydançaya qulluq edilirmi? Qazon hansı durumdadı?

-  Hazırda sizinlə danışan zaman qazon sulanır. Ot üzrə mütəxəssisimiz öz sahəsi ilə bağlı müntəzəm kurs keçmiş biridi. Qazona lazımi diqqət göstərilir və bu bizim ən birinci, ana vəzifəmizdi.


- Bu o anlama gəlir ki, XL-in qayıtması ilə bağlı artıq klubdaxili işlərə başlanılıb?

- Bunu deyə bilmərəm, amma az da olsa hiss edilir. Yəni, dəyişikliklər olacaq.


- Komandanın böyük futbola qayıtması ehtimalı necədi? Son yeniliklər nədi bununla bağlı?

- Gəlin baxın Lənkəranda insanlar futbolu necə gözləyir. Uşaqdan böyüyə hamını bu sual düşündürür. Amma bir az əvvələ, yəni son çıxış etdiyimiz ilə baxaq. "Xəzər Lənkəran" var idimi? Vardı, ancaq bizi güclə premyer-liqadan çıxardılar. Ramil Diniyev özü futbolçu olub. Nə qədər zəif olsa da, elə penalti verilməzdi. Bu, bir tapşırıq idi. O da icra etdi. Avropada zəfər qazananlar autsayderə gülməli formada məğlub oldu. Tapşırıq idimi? Bəli, tapşırıq idi. İndi deyirlər qayıdın. Qardaş, niyə? Nə və ən əsas kimlər dəyişib? Dolu tribunalı stadion görmək istəyən qurum rəhbərləri bizim başımıza bu oyunu gətirməzdi. Biz gözləyirdik ədalətli futbol prinsiplərinə dayanıqlı çempionat olsun və gəlib oynayaq. 


- Mövsüm bitib. Yeni mövsümdən, klubun qayıtması ilə bağlı AFFA tərəfindən müraciət olubmu heç sizə?

- AFFA da iş çoxdu. Düşünmürəm bizə ayırmağa vaxtları var. Onların həqiqətən işi çoxdu. 6 komandaya sponsorluq etmək asan deyil. Bəlkə də buna görə bizə ayırmağa vaxtları yoxdu, deyə bilmərəm. 


- Hazırda 3 vəzifədə çalışırsız. Həm "Plamalı", həm də klubun mətbuat katibi, son olaraq stadion direktoru vəzifəsində. Yəni, hər üç işlə eyni anda məşğul olmaq çətin deyil?

- Ümumi olaraq şirkətin Azərbaycandaki media işlərinə mən cavabdeh idim. Bura klubla yanaşı digər müəssisələr də daxildi. Elə də ağır qrafiki olmayan, amma çox məsuliyyətli və çətin işdi. İndi stadiona rəhbərlik sadəcə, məsuliyyətimi daha da artırıb, fiziki cəhətdən çətin deyil. Açıq desəm, təki zəmin yaransın, klub qayıtsın və mən də yenə avtobusda oz yerimi alım. Bu, dunyanin ən gözəl və ən dadlı işidi. İnanin, mənim bundan böyük gözləntim yoxdur. İndi bu işi həvalə ediblərsə, köməyimi əsirgəməmək və etimadı doğrultmaq əsas vəzifəmdi.


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

03 İyul 2024
22:00

Bonuççi İtaliya yığmasına qayıdır - Qərar verildi

20:21

"Mançester Yunayted"in əfsanəsi dünyasını dəyişdi - Faciədən xilas olmuşdu

18:38

Türamın yeni klubu bilindi

17:58

Jurnalistlər arasında voleybol üzrə Zəfər Kuboku keçiriləcək

17:37

"Şerif" - "Zirə" matçının biletləri satışa çıxarıldı

17:18

"Qarabağ"ın U-16 komandası beynəlxalq turnirdə iştirak edəcək

16:53

"Everton"dan yeni transfer - RƏSMİ

16:32

AÇ-2024: 1/4 finalın ilk iki görüşü ingilislərə tapşırıldı

16:03

"Belə oynasalar, Niderlandı da məğlub edəcəklər" - Vüqar Nadirov

15:44

"İnter"in yarımmüdafiəçisi uzun müddətə sıradan çıxdı

15:26

"Fəxr edirəm ki, türkəm" - Demiral qol sevincindən danışdı

15:07

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

14:51

"Bu qələbə yalnız Türkiyə millisinin yüksək səviyyəli mübarizəsinin nəticəsi deyil"

14:33

"Kəpəz" üç legioneri ilə vidalaşdı

14:15

"Sumqayıt"ın rəqibləri bilindi

13:56

Kuman darmadağını belə şərh etdi

13:38

Kanada millisinin üzvü Fransa nəhənginə keçdi - RƏSMİ

13:20

Stefano Piolinin yeni iş yeri bilindi - SON DURUM

13:01

“Səbail" klubunda yeni müqavilə

12:43

Bunu futbol tarixində bir Merih edə bilib, bir də o

12:24

AÇ-2024-ün finalı ilə bağlı yenilik - İTV-dən açıqlama

12:07

Türkiyə bunu tarixində ilk dəfə bacardı

11:48

A Seriyasında yeni baş məşqçi təyinatı reallaşdı

11:29

Niderland millisinin üzvü İngiltərə nəhənginə keçməyə razılaşdı - SON DURUM

11:10

Dünya çempionu A Seriyasını La Liqaya dəyişməyə can atır

10:33

Avstriyanın baş məşqçisi Mert Günoku əfsanəvi qapıçıya bənzətdi

10:12

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:49

Montella Türkiyənin qələbəsini şərh etdi

09:25

AÇ-2024: Nəticələr və təqvim

09:00

Amerika Kuboku: 1/4 final cütləri bilindi

08:00

"Rumıniya xalqı qürur duymalıdır" - Eduard Yordanesku

02:13

Müdafiəçi dubl etdi, Avstriya - Türkiyə matçının ən yaxşı oyunçusu oldu

01:10

-2024:1/4 finalın bütün cütləri müəyyənləşdi

00:53

AÇ-2024: Niderland və Türkiyə 1/4 finalda!

02 İyul 2024
22:18

Rumıniya - Niderland matçının ən yaxşı oyunçusu açıqlandı

21:38

"Tottenhem" çempionatın ən yaxşı gənc oyunçusunu transfer etdi - RƏSMİ

20:30

"Qalatasaray"ın ulduzu Rusiyadan aldığı təklifi rədd etdi

19:51

"İspaniya indi çox inamlı oynayır, amma..." - Leroy Zane

19:15

Ronaldu AÇ tarixinin "qara siyahısı"nda - "5-lik"də kimlər var?

18:44

Azərbaycanı "Turin Acro Cup” turnirində bu gimnastlar təmsil edəcək

Facebookdan bizi izləməyi unutmayın.
X