Yeni mövsümə hazırlığı davam etdirən "Rəvan” heyəti gücləndirmək yolunda fəaliyyətini davam etdirir. Komanda bu dəfə heyətə yeni oyunçu qatmasa da, əsas oyunçulardan biri olan Lukaş Sapela ilə müqavilənin müddətini uzatdı. 30 yaşlı qolkiper növbəti mövsümün sonuna kimi "aslan” olacaq.
Qeyd edək ki, daha öncə Şəhriyar Rəhimovla başa çatan müqavilə yenilənmiş, futbolçu ilə 2 illik razılıq əldə olunmuşdu. Bundan başqa, "Rəvan” bu yay artıq 5 transferi rəsmiləşdirib. Bunlar Elvin Həsənəliyev, Fuad Əhmədov, Ceyhun Cavadov, Bəxtiyar Soltanov və Novruz Məmmədovdur.

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol