AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri Premyer Liqanın IV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Qəbələ" ilə oyunun 90+3-cü dəqiqəsində idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə AZAL-ın futbolçusu Eduardo Manuel və "Araz Naxçıvan"la matçın 52-ci eyni səbəbdən meydandan qovulan "Sumqayıt"ın üzvü Vurğun Hüseynov 1 oyunluq cəzalandırılıb, klubları 200 manat cərimə olunub.
AZAL "Qəbələ" ilə oyunda 6, "Qarabağ" "Bakı", "Araz Naxçıvan" "Sumqayıt", "Xəzər Lənkəran" isə "İnter"lə oyunda 4 futbolçusu sarı vərəqə aldığından 4 oyunluq cəzalandırılıb.
Fanat.az