AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Fanat.az xəbər verir ki, komitə üzvləri əvəzedici heyətlərin ölkə çempionatının IV turunda qeydə alınan qayda pozuntularına hüquqi qiymət verib.
"Araz Naxçıvan"la oyunun 63-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Xaqan Məmmədli rəqibi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə alıb. İntizam Komitəsi onu 3 oyun cəzalandırıb, klubu 1000 manat cərimə edib.
AZAL və "Araz Naxçıvan" 4, "Sumqayıt" 5 futbolçusu sarı vərəqə aldığından 500 manat cərimələnib.
Fanat.az