“Neftçi” Samir Əliyevin boşaltdığı əvəzedici komandanın baş məşqçisi postuna mütəxəssis tapıb. Fanat.Az xəbər verir ki, “Səbail”ə baş məşqçi təyin olunan Əliyevin işini Elşad Əhmədov görəcək.
Elşad bəy öncə “dubl”u çalışdırmağa razılıq verməsə də, şərtlərinin rəhbərlik tərəfindən qəbul olunması vəziyyəti dəyişib. Təyinat yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.
Qeyd edək ki, Əhmədov bunadək “Neftçi”nin U-19 komandasının baş məşqçisiydi.
Fanat.Az