20:10 14.05.2017 603

AFFA Prosineçkiyə 2 milyon qiymət qoyub?

Robert Prosineçkinin xarici klublara keçidi müzakirə mövzusu olaraq qalır. Millimizin xorvat məşqçisinin adı əsasən Türkiyə və İspaniya klubları ilə yanaşı çəkilir.


Türkiyənin "Bursaspor" klubu hələ qışda onu baş məşqçi postuna dəvət etmiş, amma tərəflər anlaşa bilməmişdi. Həmin vaxt yayılan xəbərlərdə AFFA-nın 2 milyon avro təzminat tələb etdiyi bildirilirdi.


Bu məsələ yenidən gündəmə gəlib. Dünən yayılan xəbərlərdə bildirilirdi ki, Prosineçki artıq "Bursaspor"la anlaşıb və illik 1,1 milyon avro maaş alacaq. Amma mütəxəssin meneceri Yaşar Çalışır xəbəri dərhal təkzib etmişdi. Bundan başqa, AFFA-nın Prosineçkiyə görə 2 milyon avro tələb etməsi məsələsi də yenidən qabardılıb.


Bəs həqiqətən AFFA xorvat mütəxəssisə görə təzminat tələb edirmi? Fanat.Az xəbər verir ki, Yaşar Çalışır Türkiyə mətbuatına açıqlamasında bu iddianı təkzib edib: "2 milyonluq təzminat iddiası doğru deyil. Hər müqavilənin özünə görə fərqliliyi olur. İki tərəf arasında qarşılıqlı xoş münasibətlər var. Prosineçki Azərbaycandan yalnız iki tərəfin anlaşması halında ayrıla bilər. Bu zaman hansı komanda istəsə, danışıqlar apara bilərik". 


Menecer Türkiyə klubları ilə danışıqlar aparmadıqlarını da bildirib: "Bu ana qədər heç bir türk klubu ilə görüşümüz olmayıb. Bura "Bursaspor" və "Konyaspor" da daxildi. Xaricdən bəzi klublarla görüşmüşəm. İspaniyadan önəmli bir klubla danışıqlar aparmışıq. Amma bu ana qədər anlaşdığımız heç bir klub yoxdu. "Konyaspor"dan keçmiş klub rəsmilərindən biri əlaqə saxlayıb. Amma nə mən, nə də Prosineçki onlarla görüşüb. "Bursaspor"la da son dövrlər əlaqəmiz olmayıb. Sadəcə, yanvar ayında Bakıya gələrək bizimlə görüşdülər. Amma AFFA Prosineçkini buraxmaq istəmədi".


Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2025
15:45

Azərbaycanlı futbolçu Rusiyada yenə turun rəmzi yığmasına seçildi

15:27

Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

15:09

Fernandu Santuş millimizin heyətini cümə günü açıqlayacaq

14:51

Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirildi

14:33

Onana AL-in finalından öncə belə danışdı

14:15

İspaniya millisinin sabiq oyunçusu karyerasını bitirməyə qərar verdi

13:56

Kasilyas hakimləri "Real"ı "sıxmaq"da suçladı: "Bunun XXI əsrdə baş verməsi..."

13:38

Brahim Konate klubunu dəyişdi: "Şamaxı"dan...

13:21

Lamin Yamal yeni mövsüm üçün nömrə seçimini etdi

13:03

Klopp "Roma"da? - Agenti açıqladı

12:45

"Bir klub mənə yaxınlaşmışdı, dərhal prezidentə məlumat verdim" - Mourinyudan etiraf

12:26

"O, Mbappedən 20 qol az vursa da, ümumilikdə daha çox fayda verir"

12:08

Frimponqun bir ayağı İngiltərə nəhəngində - Tibbi müayinədən keçdi

11:50

Bundesliqa klubunun qapıçısı milli karyerasını başa vurdu

11:31

“Heydər Əliyev Kuboku-2025”: Yarımfinalçılar bəlli oldu

11:13

AFFA rəsmisi FIFA-nın seminarına qatıldı

10:51

Türkiyə çempionu Polşa millisinin üzvü ilə danışıqlara başladı

10:32

Azərbaycan millisinin rəqibləri bilindi

10:24

İnzaqi ÇL-in finalından sonra "İnter"dən ayrılacaq - İddia

10:05

Rəşad Sadıqovdan maraqlı və ustad paylaşımı - VİDEO/FOTO

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Çempion "Liverpul" antirekordla tarixə düşdü

09:00

Klopp məşqçiliyə qayıtmağa razılaşdı - A Seriyasında çalışacaq

01:13

İPL: "Liverpul" uduzdu

00:07

Vüsalın komandası Super Liqada oynamaq şansını minimuma endirdi

19 May 2025
23:42

"Barselona"nın ulduzu Premyer Liqa klubuna bu qiymətə keçir - MƏBLƏĞ

23:13

"Milli komandamızın azarkeşləri sevindirəcəyinə ümid edirik" - Sərxan Hacıyev

22:50

Dünya çempionu "Atletiko" forması ilə son ev oyunundan sonra paylaşım etdi

22:10

Braziliyalı qoleador İngiltərədə nəhənginə keçməyə qərar verdi

21:46

"Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik" - Millimizin üzvü

21:20

Dünya çempionu bu iki klubdan birində oynayacaq - SON DURUM

21:14

"Premyer Liqa məşqçiləri" "Neftçi" 2000-lər"i üstələdi

20:58

Neymar imicini dəyişdi - FOTO

20:39

Minifutbol Federasiyasının icraçı vitse-prezidenti: "Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik"

20:17

"Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz" - Elşad Quliyev

19:54

"Hazırda dünyanın ən yaxşı futbolçusu odur" - Rio Ferdinand

19:12

İvan Rakitiç karyerasını bitirdi

18:41

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazandılar

18:09

Ten Haq "Ayaks"a qayıdır

17:43

69-cu "Qızıl top" mükafatı sahibinə bu tarixdə təqdim olunacaq

Facebookdan bizi izləməyi unutmayın.
X