“Bakılı” 4 futbolçusunun Azərbaycan çimərlik futbolu üzrə milli komandasının heyətində dünya çempionatının seçmə mərhələsində iştirak edəcəyi ilə bağlı Peşəkar Futbol Liqasına müraciət edərək “Rəvan” və “Turan-T” ilə “Bakılı” görüşlərinin başqa tarixə keçirilməsini xahiş edib.
Fanat.az xəbər verir ki, PFL yarışların əsasnaməsinin 3.16 bəndini nəzərə alınaraq I Divizionda I turun “Bakılı” - “Rəvan” matçı 6 sentyabr tarixindən 29 sentyabr tarixinə, II turun “Turan-T” - “Bakılı” matçı isə 11 sentyabr tarixindən 6 oktyabr tarixinə keçirilib.
Fanat.az