"Sumqayıt"ın baş meneceri Ceyhun Sultanov Belarusun paytaxtı Minsk şəhərindən işgüzar səfərdən qayıdıb. Fanat.az xəbər verir ki, milli komandamızın sabiq üzvü Belarus Futbol Federasiyası, BATE klubunun nümayəndə və məşqçi heyəti ilə görüşüb.
Belarusdakı klubların iş sistemi ilə maraqlanan Sultanov adıçəkilən ölkədə çıxış edən Azərbaycan əsilli futbolçular haqda məlumat toplayıb: "Dördgünlük səfər çox səmərəli keçdi. Belarusda təlim-məşq toplanışları təşkil etmək üçün əlverişli şərait var. Ordakı otel və məşq meydançaları ilə maraqlandım. Bundan başqa, federasiya nümayəndələri ilə görüşüb klublardakı menecerlik sistemi ilə tanış oldum. BATE klubunun baş məşqçisi Aleksandr Yermakoviç və Belarusun canlı əfsanəsi Aleksandr Qleblə fikir mübadiləsi aparıb səmərəli qeydlər götürdüm".
Fanat.az