15:09 15.05.2017 830

Hamburger yeyənlərin cəzası

Amal Abuşov


Bir-neçə il bundan əvvəlin söhbətidi. Millimizin almaniyalı çalışdırıcısı Berti Foqts İlqar Qurbanovu komandasında görmək istəmirdi. Özü də bunu israrla və nümayişkaranə şəkildə həyata keçirirdi. Hamımızı təəccübləndirmişdi. Nəyin baş verdiyini soruşurduq. Cavabı isə açıqlanmırdı.


Sonradan "müdhiş sirr”in üstü açıldı. Sən demə, İlqar Qurbanov millinin Respublika stadionundakı məşqlərinin birindən sonra yaxınlıqdakı "Fast-food” restoranlarından birinə üz tutubmuş. Toqqasının altını orda verilən hamburgerlə və "free” kartofla bərkitmək istəyirmiş. Onun qazlı su içib-içmədiyi haqda isə dəqiq məlumat yox idi.


İlqarın bu "cinayəti” almaniyalı qocanı elə qəzəbləndirmişdi ki, millinin qapısı onun üzünə bir dəfəlik bağlandı. Deyəsən, Foqts gedər ayaq AFFA-nın başbilənlərindən ricada bulunub. Onlardan xahiş edib ki, indiyə qədər mənimlə içdiyiniz pivəyə, yediyiniz sosiskaya hörmət edirsizsə, mənim əlimdə qazandığınız pulların burnunuzdan gəlməsini istəmirsizsə, İlqarı bir daha milli komandaya yaxın buraxmayın. Eşidəm-biləm ki, mən gedəndən sonra o futbolçunun ayağı millinin düşərgəsinə dəyib, sizi bağışlamaram. El-aləmdə sizi rəzil edərəm.


Sağ olsunlar, Foqtsun tapşırığına əməl ediblər. Odu-budu İlqarı millinin heyətinə çağırılan, ora namizəd sayılanlar sırasında görməmişik. Hamburger yeyən, kartoşka ilə bəslənən İlqar neçə illərdi "Qarabağ”ın heyətinə "dəmir atıb”. Ardıcıl mükafatlar qazanır, Avropa Liqasının qrupunda oyanyır, Qurban Qurbanovun "gizli silahı”dı. Bir qapıçı Şehiçi əvəzləməyib. Qalan bütün mövqelərdə sınanıb, Qurban bəyin üzünü ağardıb. Amma bütün bu nailiyyətlər onun milliyə çağrılması üçün yetərli olmayıb.


Onun hansı yeməkləri xoşladığını bilmirəm. Meydanda sərgilədiyi oyunundan başqa əxlaqı və davranışıyla da hamıya nümunədi. Daş kimi düşdüyü yerdə ağır olub. İllərdi "Qarabağ” ailəsinin üzvüdü. Qalmaqallarla diqqət mərkəzinə düşmür, başını aşağı salıb, öz işiylə məşğuldu.


İlqarın hamburger yeməsini indi boşuna xatırlamadım. Bu yaxınlarda Kamran Ağayevin hamburger reklamına çəkildiyini gördüm. Adətən, bu cür qidalar sağlam yemək yeməyi sayılmır. Valideynlər mümkün qədər övladlarını belə yeməklərdən uzaq tutmağa çalışırlar. Amma Kamran həvəslə böyük bir hamburgeri qarşısına qoyub, başqalarını da onu yeməyə həvəsləndirir. Özü bilər. Yanvarın ortasından bəri futbol oynamayan adam hansısa işlə məşğul olmalıdı. Onu başa düşürəm. 


İndi söz bizim millinin məşqçilər korpusunundu. İlqar Qurbanovu "Fast-food” yeyilən restorana girməsi onun illərlə milli komandaya həsrət qalmasıyla nəticələndi. Baxmayaraq ki, klubunda sabit çıxış edirdi, həmişə nümunəvi sağlam həyat tərziylə seçilirdi. Sizin sevimli Kamranınız isə hamburger yeməklə kifayətlənmir, onu həm də təbliğ edir. Cəzası nə olacaq?



Sport7.az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

20 May 2025
15:45

Azərbaycanlı futbolçu Rusiyada yenə turun rəmzi yığmasına seçildi

15:27

Laporta "Barselona"nın illik qazancını açıqladı - Fantastik məbləğ

15:09

Fernandu Santuş millimizin heyətini cümə günü açıqlayacaq

14:51

Dünya Kubokunda medal qazanmış parapauerliftinqçilərlə görüş keçirildi

14:33

Onana AL-in finalından öncə belə danışdı

14:15

İspaniya millisinin sabiq oyunçusu karyerasını bitirməyə qərar verdi

13:56

Kasilyas hakimləri "Real"ı "sıxmaq"da suçladı: "Bunun XXI əsrdə baş verməsi..."

13:38

Brahim Konate klubunu dəyişdi: "Şamaxı"dan...

13:21

Lamin Yamal yeni mövsüm üçün nömrə seçimini etdi

13:03

Klopp "Roma"da? - Agenti açıqladı

12:45

"Bir klub mənə yaxınlaşmışdı, dərhal prezidentə məlumat verdim" - Mourinyudan etiraf

12:26

"O, Mbappedən 20 qol az vursa da, ümumilikdə daha çox fayda verir"

12:08

Frimponqun bir ayağı İngiltərə nəhəngində - Tibbi müayinədən keçdi

11:50

Bundesliqa klubunun qapıçısı milli karyerasını başa vurdu

11:31

“Heydər Əliyev Kuboku-2025”: Yarımfinalçılar bəlli oldu

11:13

AFFA rəsmisi FIFA-nın seminarına qatıldı

10:51

Türkiyə çempionu Polşa millisinin üzvü ilə danışıqlara başladı

10:32

Azərbaycan millisinin rəqibləri bilindi

10:24

İnzaqi ÇL-in finalından sonra "İnter"dən ayrılacaq - İddia

10:05

Rəşad Sadıqovdan maraqlı və ustad paylaşımı - VİDEO/FOTO

09:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:25

Çempion "Liverpul" antirekordla tarixə düşdü

09:00

Klopp məşqçiliyə qayıtmağa razılaşdı - A Seriyasında çalışacaq

01:13

İPL: "Liverpul" uduzdu

00:07

Vüsalın komandası Super Liqada oynamaq şansını minimuma endirdi

19 May 2025
23:42

"Barselona"nın ulduzu Premyer Liqa klubuna bu qiymətə keçir - MƏBLƏĞ

23:13

"Milli komandamızın azarkeşləri sevindirəcəyinə ümid edirik" - Sərxan Hacıyev

22:50

Dünya çempionu "Atletiko" forması ilə son ev oyunundan sonra paylaşım etdi

22:10

Braziliyalı qoleador İngiltərədə nəhənginə keçməyə qərar verdi

21:46

"Doğma azarkeşlər önündə uğurlu nəticə qazanmaq istəyirik" - Millimizin üzvü

21:20

Dünya çempionu bu iki klubdan birində oynayacaq - SON DURUM

21:14

"Premyer Liqa məşqçiləri" "Neftçi" 2000-lər"i üstələdi

20:58

Neymar imicini dəyişdi - FOTO

20:39

Minifutbol Federasiyasının icraçı vitse-prezidenti: "Dünya çempionatını Azərbaycana yaraşan səviyyədə keçirmək istəyirik"

20:17

"Dünya çempionatında tam başqa Azərbaycan millisi görəcəksiniz" - Elşad Quliyev

19:54

"Hazırda dünyanın ən yaxşı futbolçusu odur" - Rio Ferdinand

19:12

İvan Rakitiç karyerasını bitirdi

18:41

Azərbaycanın aerobika gimnastları Fransada medallar qazandılar

18:09

Ten Haq "Ayaks"a qayıdır

17:43

69-cu "Qızıl top" mükafatı sahibinə bu tarixdə təqdim olunacaq

Facebookdan bizi izləməyi unutmayın.
X