Türkiyənin "Samsunspor" klubunun 3 xalı silinə bilər. Fanat.az xəbər verir ki, buna səbəb PTT 1-ci liqa təmsilçisinin Deyan Kelhara borclu olmasıdı.
Bu barədə "Samsunspor"un prezidenti Emin Kar məlumat verib: "Deyan Kelhara 110 min avro borcumuz var. Sentyabrın 7-dək ödəniş etməsək 3 xalımız silinəcək. Daha sonra isə Gekasın 295 min avro borcunu ödəməliyik".
Qeyd edək ki, Kelhar 2011/12 mövsümündə "Samsunspor"da çıxış edib. Türkiyə klubundan "Qəbələ"yə keçən sloveniyalı müdafiəçi ölkəmizdə 38 oyun keçirib və 1 qol vurub.
Fanat.az