Azərbaycanın qadın güləşiçisi, London Yay Olimpiya Oyunlarının gümüş (2012), Pekin Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı (2008), Dünya çempionu (2009), üçqat Avropa çempionu (2008, 2009, 2011) Mariya Stadnik ikinci dəfə ana olub.
2010-cu ildə ilk dəfə ana olan Mariya Stadnikin oğlu olmuşdu. Bu dəfə Mariya və Andrey Stadnik cütlüyünün qız övladı dünyaya göz açıb. 3,5 kq çəkidə doğulan körpənin vəziyyətinin normal olduğu bildirilir. //Sportarena.az