Ölkəmizi Çempionlar Liqasında təmsil edəcək “Neftçi” Avstriyada təlim-məşq toplanışını başa vurur. Apasport.az saytının məlumatına görə, paytaxt klubu bu gün hazırlıq çərçivəsində sonuncu - 6-cı yoxlama oyununu keçirəcək.
Flaqmanın rəqibi Drezden “Dinamo”su olacaq. Böyükağa Hacıyevin yetirmələrinin Almaniya klubu ilə görüşü Bakı vaxtı ilə saat 18:00-da başlayacaq. Komandamız sabah Bakıya qayıdacaq.
Qeyd edək ki, “Neftçi” Avstriyada “Volqa” (0:1), Kottbus “Energi”si (0:2) və Hayfa “Makkabi”sinə (0:3) uduzubsa, Burqhauzen “Vakker”inə qalib gəlib - 3:0. “Terek”lə isə qolsuz bərabərlik qeydə alınıb.
Yoxlama oyunu
11 iyul
18:00. “Neftçi” (AZƏRBAYCAN) – “Dinamo” (Almaniya)
İdman24.az