“Səbail” bu gündən ofisinə köçüb. Fanat.Az xəbər verir ki, Premyer Liqanın debütantı “Bayıl Arena”da məskunlaşacaq.
İslam Həmrəylik Oyunları çərçivəsində sözügedən məkandan istifadə olunması Bakı təmsilçisinin planlarını qismən pozsa da, artıq bu yöndə ciddi problem qalmayıb.
Qeyd edək ki, klub elitaya yüksələndən sonra ilk toplanışını AFFA-nın binasında keçirmiş, Əliyevin baş məşqçi postuna gətirilməsi həmin iclasda rəsmiləşmişdi.
Fanat.Az