12:57 13.03.2026 6489

"Sumqayıt" - "Şamaxı" oyununa müəmmalı təyinat

Premyer Liqanın 22-ci turunun mərkəzi oyununda - "Qarabağ" – "Sabah" qarşılaşmasında yaşananların müzakirəsi iki həftədir davam edir. Sanki "gözəgörünməz əl" məqsədli şəkildə başverənlərin gündəmdən düşməsini istəmir. "Qarabağ" və "Sabah"ı bir-birinə az qala düşmən edən, AFFA-nı futbol ictimaiyyəti ilə üz-üzə qoyan, tənqid və təzyiqlərlə üzləşməsinə səbəb olan şəxs "xəmirə su qatmaq"da davam edir...

Əslində, idman prinsipləri baxımından yaşanan insidenti normal qəbul etmək mümkündü. Mərkəzi oyunlarda, prinsipial komandaların qarşılaşmalarında bu kimi dava-dalaş olur. Sadəcə, insident əndazəni aşanda İntizam Komitəsi AFFA nümayəndəsinin raportu əsasında cəza mexanizmini işə salır, günahkar(lar)la bağlı ölçü götürülür. Ancaq "Qarabağ" – "Sabah" oyunundan sonrakı iclasda nə bakılıların məşqçisi Valerio Zuddas, nə də hadisənin digər iştirakçıları cəzalanmadı. Xüsusilə qeyri-etik jest edən Zuddasın diskvalifikasiya olunmaması ictimaiyyətin narazılığına səbəb oldu. Onsuz da "Qarabağ" - "Sabah" mübarizəsində ikinciləri üstə çəkməyə çalışdığı barədə iradlarla üz-üzə olan AFFA-nın açıqlaması "odun üstünə benzin tökdü". Məlum oldu ki, sözügedən matçda nümayəndə olan Emin Cəfərov insident barədə raporta heç nə qeyd etməyib. Belədə İntizam Komitəsi o boyda həngamə barədə ölçü götürmək üçün "sübut" tapa bilməyib. 
İctimaiyyətin təzyiqlərindən sonra araşdırma aparan qurum növbəti iclasında sərt cəzaları açıqladı. Rəqibin ehtiyat skamyasına qeyri-etik jest edən "Sabah"ın məşqçisi Valerio Zuddas 7 oyunluq cəzalandı. Onun davranışına görə "Sabah" 15 min manat cərimələndi. 
"Qarabağ"da isə Qurban Qurbanovun iki köməkçisi - Müşfiq Hüseynov və Zaur Tağızadə kütləvi davada iştirak etdiklərinə görə hər biri 6 oyunluq diskvalifikasiya edilidlər. "Qarabağ" onların hər birinə görə 6 min (cəmi 12 min) cərimə ödəyəcək...   

Məsələni bağlanmış hesab etmək olardı. Di gəl, atılan növbəti addım, verilən qərar ehtirasları yenidən oyatmağa əsas verir. Təsəvvür edin, "Qarabağ" - "Sabah" oyununun nümayəndəsi Emin Cəfərov Premyer Liqaya növbəti təyinatını alıb. O, bu gün baş tutacaq "Sumqayıt" - "Şamaxı" oyununda eyni funksiyanı yerinə yetirəcək. Halbuki, elə Zuddas qədər günahkar olan (bu, sübuta yetirildi) Cəfərov bir neçə turluq uzaqlaşdırılmağı haqq edirdi. Raportunu "ağ saxlayan", əlbəyaxa dava həddinə çatan insidentlə bağlı bir kəlmə qeyd etməyən bu şəxs "Qarabağ"ın, "Sabah"ın, AFFA-nın imicinə zərbə vurduqdan sonra yenidən təyinat alırsa, haqlı sual yaranır: O, niyə cəzalanmır? Ümimiyyətlə, təyinatı kim yazır? AFFA ilə futbol ictimaiyyətinin üz-üzə qoyulması kimə sərf edir? 

Bu yerdə "Kərəmi ağlamaq tutur". AFFA-nın Yarışların Təşkili Departamentinin rəhbəri olan Emin Cəfərov toxunulmaz statusunu əbəs yerə almır. O, sabiq baş katib, hazırda FİFA-da səlahiyyət sahiblərindən olan Elxan Məmmədovun dövründə AFFA-da yüksək post tutmuş şəxsin qohumudur. Yəni göründüyü kimi, Məmmədov heç cür Azərbaycan futbolunun "iplərini əlindən buraxmaq istəmir". Baş verən son olay da məhz Məmmədovun "dəyirmanına su tökür". 
İşin ən maraqlı cəhəti bilirsiz, nədir? Emin Cəfərov 13-cü turda baş tutan "Şamaxı" - "Sumqayıt" oyununa da AFFA səlahiyyətlisi kimi təyinat alıb. (Təsadüfə bax ki, yenə eyni komandaların duelinə təyinat verilir!(?) Hansı ki, o, baş məşqçilər Saşa İliç və Ayxan Abbasov arasında insidentin şahidi olub. Amma indikindən fərqli olaraq, raportunda bütün təfsilatı qeyd edib. Nəticədə hər iki məşqçi sərt cəzalandırılmışdı. Bu dəfə "görməzdən gəlməsi"ndə məqsəd məhz "Sabah"ı "topun ağzına qoymaq", çempionatdakı mübarizə ilə bağlı şübhə toxumu səpmək deyil, bəs nədir? 
"Ya zəlzələdən, ya vəlvələdən", AFFA-nın yeni rəhbərliyinin qazanmağa çalışdığı imic korlanır və buna ilk növbədə assosiasiya özü müdaxilə etməli, "boyunduruq"dan xilas olmalıdır. Emin Cəfərova, ona cəza verməyə ürək etməyənlərə, yeni təyinat verənlərə qarşı ölçü götürülməlidir. 

Əli Sahib

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

10 Sentyabr 2026
02:09

Valdas Dambrauskas "Mançester Yunayted"lə matçdan əvvəl nə danışdı?

00:58

ÇL: "Qalatasaray" "Sportinq"ə məğlub oldu, "Barselona" darmadağına sevindi

09 Sentyabr 2026
23:56

"Qalatasaray" ulduz futbolçusu ilə bağlı qərarını verdi

23:08

"Trabzonspor" Arda Turanı gətirmək istəyir

22:36

Mauro İkardi "Atletiko Mineyro"nun radarında

21:43

"Klub Amerika" David Alabanı transfer etmək istəyir

21:13

Entoni Marsial "Malaqa"ya təklif olunub

20:42

"Gəncə"də yeni təyinat

20:12

Lionel Messi İspaniya klubunu satın alır

19:36

I Liqa: "Şahdağ Qusar" "Karvan-Yevlax"ı məğlub etdi

19:17

Azərbaycan millisi Moldovaya məğlub oldu

18:43

Milli Paralimpiya Komitəsi parataekvondoçuları qəbul edib

18:05

Azərbaycan Basketbol Federasiyasında Məşqçilər Departamenti yaradıldı

17:38

Azərbaycanı Macarıstanda keçiriləcək "Böyük Dəbilqə" turnirində təmsil edəcək cüdoçuların adları bilindi

17:20

"Liverpul"un ulduzu klub rəhbərliyindən şikayətləndi

17:02

"Sabah" ön xətdə öz oyununu nümayiş etdirsə, "Mançester Yunayted"lə görüşdə qol imkanları yaxalayacaq" - Aslan Kərimov

16:43

Azər Bağırov "Sumqayıt"la səfər matçı ərəfəsində qayğısızdır

16:25

Yüksək Liqada çıxış edəcək klubun adı dəyişdirildi

16:07

"Şəfa" stadionu nə vaxt təhvil veriləcək? - Açıqlama

15:48

Rakif Əliyev: "Rəqibin bizə qarşı fərqli oyun üslubundan istifadə etməsi də mümkündür"

15:32

17 yaşadək qızlardan ibarət Azərbaycan millisi Gürcüstana məğlub oldu

15:12

"Sumqayıt"ın uzun müddətə sıradan çıxanları kənarda qalsalar da...

14:44

Hələ ÇL tarixində beləsi olmamışdı - 34 yaşlı İsko rekorda imza atdı

14:26

"Araz-Naxçıvan"ın hücumçusu ölkəsinin millisinə çağırıldı

14:19

"Lənkəran" komandasının rəhbəri ictimaiyyətə müraciət etdi: "Sentyabrın 17-nə kimi vaxtımız var"

14:01

"Neftçi"nin Yevlaxdakı oyuna neçə itki ilə çıxacağı bəlli oldu

13:42

Liderin xəstəxanalıq olan "10 nömrə"sinin durumuna aydınlıq gəldi - Əməliyyat ediləcək

13:24

Laporta "Barselona"nın qış transferi üçün bu qədər büdcə ayırdı - Məbləğ

13:07

"Neftçi" ilə oyuna hazırlaşan "İmişli"nin heyəti ilə bağlı son vəziyyət bilindi

12:47

"Borussiya"nın futbolçusu xəstəxanaya yerləşdirildi

12:20

Pərviz Bayramov "Qaradağ Lökbatan"la dramatik oyundan nə danışdı?

12:01

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

11:44

"Bir az əsəbiləşdim, amma ümumilikdə yaxşı oynadı" - Holand

11:25

Millimizin rəqibi gürcüləri Tbilisidə yendi

11:07

Mourinyu: "O, bu gün matçın ən yaxşı oyunçusu seçilməyibsə, heç vaxt seçilməyəcək"

10:48

"Sabah" braziliyalı hücumçu ilə gücləndi - RƏSMİ

10:30

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

10:09

"Sabahın Ulduzları": Şərikli liderlərdən heç biri büdrəmədi - Fotolar/Nəticələr

09:48

1-ci Liqa: Binədə prinsipial oyun - Xələf və sələf qarşılaşır

09:25

"Heç kim deyə bilməz ki, "Sabah" "Mançester Yunayted"i udmalıdır" - Ağasəlim Mircavadov

Facebookdan bizi izləməyi unutmayın.
X