21:54 17.05.2017 539

İslamiada: 6 boksçumuz finalda

Bu gün IV İslam Həmrəyliyi Oyunlarında boks yarışlarının yarımfinal mərhələsinin görüşləri keçirilib. Final uğrunda Azərbaycanın 7 boksçusu mübarizə aparıb.

 

Onlardan 6-sı sabah keçiriləcək finala vəsiqə qazanıb. Bir boksçumuz isə bürünc medalla kifayətlənib. 

 

56 kq çəki dərəcəsində mübarizə aparan Tayfur Əliyevin rəqibi özbəkistanlı Abdulxay Şaraxmatov olub. 1/4 finalda mərakeşli Taoufik Kaçfinı asanlıqla mübarizədən kənarlaşdıran boksçumuz bu dəfə məğlubiyyətə üzülüb. Özbək idmançı 5:0 hesablı qələbə sayəsində finala yüksəlib. Əliyev isə bürünc medalla kifayətlənib. 

 

Ondan fərqli, 75 kq çəki dərəcəsində yarışan Olimpiya mükafatçımız Kamran Şahsuvarlı adını finala yazdırmağı bacarıb. Həmyerlimiz finala gedən  yolda Yuness Qarrumini (Mərakeş) mübarizədən kənarlaşdırıb. O, finalda qazaxıstanlı Tursunbay Kulahmetlə döyüşəcək. 

 

Şahsuvarlının ardınca Teymur Məmmədov (91 kq) da adını finala yazdırıb. Suriyalı Eldin Qoussunla qarşılaşan Olimpiya mükafatçımız rəqibinə çətin anlar yaşadıb. Suriyalını ilk raundda nokdauna salan Teymur yekunda 4:1 hesablı qələbəyə sevinib. Məmmədov finalda türkiyəli Burak Akşinlə qarşılaşacaq. 

 

1/4 finalda türkiyəli Hakan Doğanı yolundan kənarlaşdıran Cavid Çələbiyev (60 kq) yarımfinalda qazaxıstanlı Sultan Zaurbəylə qarşılaşıb. Görüş dünya çempionumuzun qələbəsi ilə yekunlaşıb. Rəqibini 4:1 hesabı ilə məğlub edən Çələbiyev adını finala yazdırıb. Dünya çempionumuz finalda iraqlı Ammar Karbalai ilə döyüşəcək.

 

Ölkəmizi 69 kq çəkidə təmsil edən Tamerlan Abdullayev də qazaxıstanlı idmançı ilə üz-üzə gəlib və qələbə qazanıb. O, İlya Oçkini məğlib edib - 4:0. 25 yaşlı idmançımız həlledici qarşılaşmada özbəkistanlı Bobo-Usman Baturovu sınağa çəkəcək. 


Yığmamızın 23 yaşlı boksçusu Rauf Rəhimov (81 kq) da finala yüksəlib. O, komanda yoldaşlarından fərqli, rinqə çıxmadan bu hüquqa yiyələnib. Rəhimov yarımfinalda Abdelrəhman Abdelqəvvədlə (Misir) döyüşməli olsa da, rəqibi zədə səbəbindən görüşə çıxmayıb. Həmyerlimiz texniki qələbə qazanıb. Təmsilçimiz həlledici qarşılaşmada türkmənistanlı Arslanbek Açilovla üz-üzə gələcək.

 

Yığmamızın ən ağır çəkili boksçusu Məhəmmədrəsul Məcidov (+91 kq) da çıxışını qələbə ilə başa vurub. O, bu dəfə Hüsseyn İaşaişə (İordaniya) gücünü göstərib. İkiqat dünya çempionumuz rəqibini 4:0 hesabı ilə məğlub edib. Məcidov finalda Manaf Asaadla (Suriya) qarşılaşacaq. 

 

Fanat.Az

Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

16 May 2025
16:02

"Atletik" 11 ildən sonra ÇL-də oynayacaq

15:44

"Santos" büdcəsinin 25 faizini Neymara xərcləyir - Ulduz oyunçu nə qədər qazanır?

15:26

"Yuventus" rəhbərliyi portuqaliyalı hücumçu ilə bağlı qərarını qətiləşdirdi

15:08

Joan Laporta Flikin postunda qalıb-qalmayacağını açıqladı

14:50

"Braziliyaya Ançelotti kimi böyük bir ad lazım idi" - Kazemiro

14:32

"O, bütün dövrlərin ən yaxşı futbolçusudur, amma..." - Lamin Yamal

14:13

"Sabah" Rusiyada finala çıxdı

13:54

AFFA niyə süni qazondan əl çəkmir? - ARAŞDIRMA

12:51

Müstəqillik gününə həsr olunan turnirin qalibləri mükafatlandırıldı

12:33

ABF-nin nümayəndə heyəti Bəhreyndəki konqresə qatıldı

12:14

Azərbaycanın 2 güləşçisi İranda medal qazandı

11:55

Flik çempionluq təəssüratlarını bölüşdü - "Gələn mövsüm daha böyük uğur əldə edə bilərik"

11:36

Qalmaqal: FİFA prezidenti konqresə 3 saat gecikdi, UEFA sərt bəyanat yaydı

11:17

Abrahamın "Milan"dakı aqibətinə aydınlıq gəldi

10:58

Ançelottinin ayağı Braziliyaya düşmədi - Məhkəmə onu milliyə təyin edən prezidenti vəzifəsindən uzaqlaşdırdı

10:40

Lamiyə Vəliyeva Özbəkistanda bürünc medal qazandı

10:21

Lamin Yamal İspaniya futbolunun tarixinə düşdü

10:03

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

09:44

Bakıda V Autizm Festivalı keçiriləcək

09:23

Elmar Baxşıyev 5 futbolçusunu "Şamaxı"ya qarşı oynada bilməyəcək - ADLAR

09:00

Messi "Barselona"nı təbrik etdi - FOTO

01:50

La Liqa: "Barselona" derbini qazanaraq 28-ci çempionluğuna qovuşdu

01:33

Benzemalı "Əl-İttihad" sona 2 tur qalmış çempion oldu

15 May 2025
23:57

Azərbaycanın U-18 millisi də B divizionunda yarışacaq

23:20

"Çelsi" baş məşqçisi ilə bağlı qərarını verdi

22:57

Yüksək Liqa: “Araz-Naxçıvan”la “Baku Fire”dən böyükhesablı qələbə

22:18

Konseysau da "Milan"dan gedir, o da - Qərar verildi

21:50

"İmişli"nin "ASCO Arena" istəyi baş tutmadı - AÇIQLAMA

21:11

MPL: 35-ci turun təyinatları açıqlandı

20:52

"Sabah" "Zirə" ilə oyuna 4 itki ilə hazırlaşır - AÇIQLAMA

20:17

"Şamaxı"nın 4 futbolçusu "Araz-Naxçıvan"a qarşı oynamayacaq - AÇIQLAMA

19:50

Portuqaliya Futbol Federasiyası Mourinyu ilə bağlı yayılan xəbərləri yalanladı

19:14

İPL-də mövsümün ən yaxşı futbolçusu kim olacaq? - Namizədlər bəllidir

18:41

1-ci Liqanın qalibi mükafatlandırıldı

18:08

İPL-də mövsümün ən yaxşı məşqçisi adına 5 namizəd var - ADLAR

17:41

Azərbaycan Kubokunun final oyununun biletləri satışa çıxarıldı

17:23

PSJ-nin əsas transfer hədəfi bilindi - Paris təmsilçisi yeni bombardir alır

17:04

Mahir Emreli "Ayntraxt"a qarşı oynaya biləcəkmi? - Kloze açıqladı

16:46

"Bu, yekunda titulun bəzədiyi möhtəşəm mövsüm oldu" - Vinçentso İtalyano

16:28

Azərbaycan badmintonçuları Bolqarıstanda bürünc medal qazandılar

Facebookdan bizi izləməyi unutmayın.
X