Milli oyunlara görə yaranan fasilədən yararlanan "Qəbələ" yoxlama oyunu keçirib. Fanat.az xəbər verir ki, baş məşqçi Dorinel Muntyanu yetirmələrini əvəzedicilərlə oyunda sınayıb.
Oyun əsas komandanın 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qollardan ikisinə Dodo imza atıb. Bir dəfə isə digər braziliyalı Markinyos fərqlənib.
Bu oyundan sonra bir günlük istirahət verilən "Qəbələ" hazırlıqlarını bu gün davam etdirəcək. Milli komandaların düşərgəsində olan futbolçular və zədəli Vladimir Levindən başqa bütün oyunçular məşqlərdə iştirak edəcək.
Fanat.az