Yunanıstan futbolunda lisenziya şoku yaşanır.
İdman24.az-ın TRT-yə istinadən verdiyi xəbərə görə, Yunanıstan Futbol Federasiyası "Panatinaikos" da daxil olmaqla 8 kluba UEFA lisenziyası verilmədiyini açıqlayıb.
Federasiyanın internet saytındakı açıqlamada 8 komandaya Avropa kubokları uğrunda mübarizə aparmaq üçün lazım olan UEFA klub lisenziyasının verilmədiyi bildirilib.
Yunanıstan liqasının güclü komandalarından olan "Panatinaikos" qərara etiraz edəcəyini bildirib. Komandaların qərara etiraz etmək üçün 5 günlük vaxtı var.
İdman24.az