Topaz Premyer Liqasının V turunda doğma arenada "Qəbələ"ni qonaq etməyə hazırlaşan "Simurq" məşqləri davam etdirir. Fanat.az xəbər verir ki, dünən Georgi Çixradzenin yetirmələri əvəzedici heyəti sınağa çəkib.
İkitərəfli oyunda əsas komanda kimi meydana çıxan "sarılar" ilk hissəsi 3:2 hesabı ilə başa çatan matçda "qaralar"ı 6:2 hesabıyla məğlub edib.
Məhərrəm Hüseynovun dubl etdiyi qarşılaşmada digər qolları Samir Zərgərov, Oruc Balaşlı, Draqan Çeran, Nicat Muxtarov, Stepan Polyak və Lukas Tresnak vurub.
Fanat.az