"Sumqayıt" mövsümlərarası fasilədə heyətinə qatdığı Ayzər Abbasovu icarəyə verib. Fanat.az xəbər verir ki, futbolçu növbəti 6 ayı icarə əsasında "Zirə"də keçirəcək.
Artıq Azər "Zirə"nin ilk turda MOİK üzərində qalib gəldiyi görüşdə də meydana çıxıb. 20 yaşlı müdafiəçi 15 nömrəli futbolkanı geyinib və 79-cu dəqiqədə oyuna qoşulub.
Qeyd edək ki, "Sumqayıt" Ayzər Abbasovu "Zenit"dən transfer edib.
Fanat.az