"Araz Naxçıvan" heyətinə iki oyunçu qatıb. Fanat.az xəbər verir ki, bölgə klubu Aqil Nəbiyevlə Kamil Nurəhmədovu transfer edib.
Hər iki futbolçu azad agent olduğundan onlarla transfer pəncərəsi bağlandıqdan sonra müqavilə imzalamaq mümkün olub. 32 yaşlı müdafiəi Aqil Nəbiyev "Araz Naxçıvan"da 13, 23 yaşlı hüxumçu Kamil Nurəhmədov 91 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Aqil bir müddət əvvəl "Sumqayıt"la müqavilə bağlsa da, sonradan klubu tərk etmişdi. Kamilin son iş yeri "Rəvan" olub.
Fanat.az