
Bu gün Çempionlar Liqasında ilk finalçı bəlli olacaq.
Fanat.Az xəbər verir ki, yarımfinalın ilk cavab oyunu İngiltərədə baş tutacaq.
“Arsenal” “Atletiko Madrid”i qəbul edəcək. Matça Bakı vaxtilə saat 23:00-da start veriləcək.
Tərəflər arasındakı ilk oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Qeyd edək ki, digər yarımfinal qarşılaşması sabah Almaniyada "Bayern Münhen" ilə PSJ arasında keçiriləcək.
UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
5 may
23:00. "Arsenal" (İngiltərə) - "Atletiko" (İspaniya)
(İlk oyun - 1:1)