11:17 11.09.2014 589

Ruslan Əmircanov: "Buna PFL qərar verir" - MÜSAHİBƏ

"Qəbələ"nin müdafiəçisi Ruslan Əmircanovun aut.az saytına müsahibəsi
 
- 4 oyunda 2 qələbə qazanmısınız. "Qəbələ"nin çıxışını necə dəyərləndirərdin?
- Hələ ki, biz öz oyunumuz tapmamışıq. 2 oyunda qələbə qazanıb, 2-sində məğlub olmuşuq. Deməzdim ki, məğlub olduğumuz oyunlarda rəqib bizi 2-3 baş üstələyib. Öz səhvlərimiz ucbatından bu aqibətlə üzləşmişik. Belə fikirləşirəm ki, hələ "Qəbələ" tam oyununu göstərə bilmir.
 
- Yeni legionerlər haqda nə deyə bilərsən? Deyəsən hələ də komandaya uyğunlaşa bilmirlər...
- "Qəbələ"dən xeyli futbolçu getdi və yeniləri gəldi. Heç kim fikirləşməsin ki, Azərbaycan çempionatında rahat futbol oynamaq olar. Düzdü, bəzi legionerlərimiz komandaya yeni gəlib və öyrəşməyə çalışırlar. Bizim baş məşqçimiz də elədi ki, o ad-sana baxmır. Hansı futbolçu məşqlərdə özünü yaxşı tərəfdən göstərirsə və oyuna tam hazırdısa, o da meydana çıxır. Biz də məşqçimizə hörmətlə yanaşırıq. Bu gün ehtiyat oyunçular skamyasında mən də ola bilərəm, başqa komanda yoldaşım da. Üstəlik biz "Qəbələ"nin adı üçün oynayırıq. Yəni, uduzanda demirlər ki, hansısa futbolçu məğlub oldu. Hər kəs deyir "Qəbələ" uduzdu, qalib gələndə də həmçinin. Əsas komandanın uğurudu.
 
- İnanırsan ki, bu mövsüm Avropaya vəsiqə qazana biləcəksiniz?
- Bu özümüzdən asılıdı. Hələ 4 oyun oynamışıq və çempionat yeni başlayıb. Qarşıda uzun marafon var. İndidən nəsə demək düzgün olmaz. Lakin deyə bilərəm ki, çempionatın son turuna qədər yaxşı oynayıb, nəticə qazanmağa çalışacağıq. Avropaya vəsiqə qazanmaq üçün maksimum nəticə əldə etməlisən.
 
- "Neftçi", "İnter" kimi iddialı klublarda oynamısan. "Qəbələ" də iddialıdı, son mövsümdə medal qazandı və Avropa Liqasına vəsiqə qazandı. Əvvəlki klublarda qol vurmusan, ancaq azarkeşlər hələ ki, Əmircanovun "Qəbələ"nin heyətində qolunu görməyib...
- Mənim elə şanslarım olub ki, ya qol ötürməsini edə, ya da topu qapıya göndərə bilərdim. Düşünürəm ki, işimin öhdəsindən gəlmişəm. Elə bir an olmayıb ki, qol epizodu yaransın, istifadə edə bilməyim. Gələcək oyunlarda qismətimə elə bir şey düşsə, qol vurmağa çalışacam. İstərdim ki, komandanın qələbəsində mənim də bir balaca payım olsun.
 
- Bir müddət zədəli oldun və futboldan uzaq qaldın. "Qəbələ"də isə ardıcıl 4 oyun keçirmisən. Səncə tam formadasan?
- Zədədən sonra tam formaya düşmək üçün vaxt lazımdı. Bunun üçün öz üzərində işləməlisən. "Qəbələ" ilə təlim-məşq toplanışı keçdikdən sonra hər şey qaydasındadı. Oynamağa gücüm var. Nəinki 90, lazım olsa, 180 dəqiqə də oynayaram. Ən yaxşı formaya çatmaqdan ötrü oyun təcrübəsi olmalıdı. Məsələn, hər gün məşq eliyirsən, ancaq oyun təcrübən yoxdusa, bu heç bir işə yaramır. Əgər baş məşqçi mənə şans verib, meydana buraxırsa, mən də onun etimadını doğrultmalıyam. Çalışacam ki, bundan da yaxşı çıxış edim.
 
- Dorinel Muntyanu ilə hansısa uğur qazanmaq mümkün olacaq?
- Məşqçiyə futbolçulardan əlavə rəhbərlik inanır. Rəhbrəlik nəsə bilir ki, Muntyanunu bu posta gətirib. Əgər peşəkar olmasaydı, indi "Qəbələ"də olmazdı. Yaxşı mütəxəssisdir, işinin ustasıdı. Bir çox uğurları olub. Düzdü, bizim komandada yeni futbolçular çox olduğundan hələ tam uyğunlaşma olmayıb. Hər oyunda bir az da yaxşı çıxış etməyə çalışırıq.
 
- Qarşıda "Simurq"la çətin səfər oyunu var. Hansı ki, sizi məğlub edən AZAL-ı və "Xəzər Lənkəran"ı məğlub etməyi bacarıb...
- "Simurq" güclü komandadı. Ancaq hər bir komandaya qarşı mübarizə aparmaq olur, məğlubedilməz komanda yoxdu. Biz hər oyuna qalib gəlmək üçün çıxırıq. Milli komandanın oyununa görə biz klubla məşqlərə bu gündən başlayacağıq. Səfərdən 3 xalla dönüb, azarkeşlərimizi sevindirməyə çalışacağıq.
 
- Avropa ölkələrində milli və klubların beynəlxalq oyununa görə daxili çempionat təxirə salınmır. Yəni, futbolçular həftədə 2, hətta 3 oyun da oynayır. Biz də isə oyunlar təxirə düşür. Bu sizin xeyrinizədi, ya yox?
- Buna PFL qərar verir. Nə qərar verilirsə, biz də ona əməl edirik. Ancaq çox oyun olanda yorğunluq olur. Məsələn, həftədə 2 oyun oynayırsan, artıq 3-də yorğunluq hiss olunur. Oyun olmayanda da yoldaşlıq görüşü keçirirsən. Bu normal bir şeydi.

aut.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
01:38

ÇL: Zamiqin komandasından qələbə, "Malmö" Gürcüstanda sevindi

00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:34

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

Facebookdan bizi izləməyi unutmayın.
X