"Araz Naxçıvan" heyətinə daha bir futbolçu qatıb. Klubun mətbuat xidmətindən Fanat.az-a bildirilib ki, Saşa Yunisoğlu karyerasını Muxtar Respublika klubunda davam etdirəcək. Onunla birillik müqavilə imzalanıb.
Saşanın son iş yeri "Dənizlispor" olub - 18 oyun, 1461 dəqiqə. 28 yaşlı müdafiəçi əvvəllər "İnter", "Neftçi", "Bakılı", "MKT-Araz", "Diskobolia" (Polşa), "Poloniya" (Varşava, Polşa), "Bakı", "Qəbələ" və AZAL-da çıxış edib, milli komandada 27 oyun keçirib.
Yunisoğlunu heyətinə qatan "Araz Naxçıvan" Vüqar Əsgərovla yolları ayırıb. Baş məşqçi Əsgər Abdullayev 2 oyunda 37 dəqiqə oynatdığı futbolçudan razı qalmayıb və onunla müqavilə qarşılıqlı razılıq əsasında pozulub.
Qeyd edək ki, Vüqar karyerası ərzində Latviyanın "Yelqava", "Yurmala", "Varaviksne", "Metallurq" və Azərbaycanın "Sumqayıt" klublarında oynayıb, milli komandamızda 3 oyun keçirib.
Fanat.az