"Rəvan" 2014/15 mövsümü üçün iştirak ərizəsinə yeni futbolçular əlavə edib. Fanat.az xəbər verir ki, I divizion təmsilçisi sifariş ərizəsinə 5 oyunçu salıb.
Belə ki, Amil Yunanov, Elgün Abbaslı, Ravi Rəhmanov, Muxtar İsmayılov və Sinan Akkoyun bundan sonra "Rəvan"ın uğurları üçün çalışacaq. Sonuncu türk əsilli olsa da, Azərbaycan vətəndaşıdı. Muxtar "Rəvan"da 4, Elgün 10, Ravi 17, Sinan 38, Amil isə 99 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, Amil "Rəvan"a "Qəbələ"dən, Elgün "Araz Naxçıvan"dan, Ravi və Muxtar "Ağsu"dan keçib. Sinan isə klubun öz yetirməsidi.
Fanat.az