“Neftçi” Elnur Allahverdiyevin adını sifariş vərəqəsinə daxil edib. Fanat.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü bundan sonra paytaxt klubunun uğurları üçün çalışacaq. Müdafiəçi “Neftçi”nin heyətində 14 nömrəli formada çıxış edəcək.
Qeyd edək ki, 31 yaşlı futbolçu “Ədliyyə” , “Şəfa”, MOİK, “Neftçi” (hamısı Bakı), “Turan” (Tovuz), “Qarabağ” (Ağdam), “Xəzər Lənkəran” və “Qəbələ” klublarında forma geyinib. 2006-2009-cu illərdə "Neftçi"də forma geyinən Elnur Hans Yurgen Gede tərəfindən qovulmuşdu.
Fanat.az