15:28 11.09.2014 532

"Elnur öyrəşib desin ki, "mən millinin oyunçusuyam"

"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfovun aut.az saytına müsahibəsi
 
- Komandada vəziyyət necədir?
- Hazırda hər şey qaydasındadır və qarşıdakı oyunun hazırlıqları davam edir. İki yüngül zədəli futbolçumuz vardı, artıq onlar da "Simurq"la oyuna hazırlaşır.
 
- Bir çox legioner transfer etmisiniz. Amma demək olar ki, hələ onların bəhrəsini görməmisiniz...
- 4 turda sonra oyunçuya qiymət vermək düzgün olmaz. Hələ çempionat davam edir. Transferlər də baş məşqçinin qərarı əsasında həyata keçirilib. O, da bu transferlərdən razıdır. 
 
- Bu mövsüm ən azından daxili çempionatda ötən ilki uğuru yenidən qazanmaq olacaq?
- Mənə elə gəlir ki, mümkün olar. Çünki baş məşqçimiz zəhmətkeçdir və dayanmadan çalışır. Keçmiş nəticələri də göz qabağındadır. İşinə çox ciddi yanaşır. Sadəcə zamana ehtiyac var. Təlim-məşq toplanışına da gec qatıldıq, transferləri də gec həyata keçirdik.
 
- Muntyanunun ən böyük uğuru "Otselul" klubunu Çempionlar Liqasının qrup mərhələsinə çıxarmaq olub. Rusiyada sonuncu klubu olan "Krasnodar"la isə 12 turdan sonra 10-cu pillədə qərarlaşıb...
- Biz bunları təhlil etmişik. Bu nəticələrin hansı səbəbdən olduğunu öyrənmişik. Mən bilirəm ki, "Krasnodar"da niyə nəticə verməyib, Avropa Liqasında başına nələr gəlib.
 
- Səbəbləri açıqlaya bilərsiniz?
- Bir şey deyim ki, Rusiya çempionatında "Krasnodar" kimi komanda bir az yaxşı yerdə ola bilərdi. Ancaq ondan daha yaxşısı mümkün deyil. Açıqlaya bilərəm. Muntyanunun orada olduğu dövrdə avrokuboklara vəsiqə qazandıqdan sonra əsas oyunçular transferə çıxarıldı. Halbuki Muntyanu bunu istəmirdi. Həm çempionat, həm də avrokuboklarda eyni zamanda mübarizə apardığı üçün komanda zəiflədi. Bunu da aradan qaldırmaq məşqçi üçün çox çətin olur.
 
- Yəqin ki, "Mordoviya" qalmaqalı ilə bağlı da söhbətiniz olub?
- Bunlar olub-keçmiş hadisələrdi. istənilən məşqçinin karyerasında qalmaqallar olur. İstənilən halda həm xarakter, həm insan, həm də məşqçi olaraq Muntyanu bizi qane edir. İnanırıq ki, nəticə əldə etmək mümkün olacaq. Ancaq son nəticəyə baxıb, Azərbaycana məşqçi gətirmək çox çətindi. Çünki adlı-sanlı məşqçilər bura gəlmir. Biz Yuri Syomini gətirdik, ancaq saxlaya bilmədik. İş potensialı yüksək olan mütəxəssislər Azərbaycan çempionatını istəmirlər.
 
- Bu nə ilə bağlıdı? Hər halda "Qəbələ" istənilən məbləği verməyə qadir bir klubdu...
- "Qəbələ" haqda belə fikir formalaşıb ki, istənilən futbolçunu transfer edib, məşqçini gətirə bilər. Ancaq belə deyil. Tam səmimi deyirəm ki, biz maliyyə baxımından TOP-5-də olan digər klublardan çox pul xərcləmirik.
 
- "Qəbələ"nin illik büdcəsini açıqlaya bilərsiniz? Çoxlarının fikrincə "Qəbələ" maddi problemi yoxdu. Hər halda ən çox legioner futbolçu tranfser edən bir klub haqda bu cür də fikir formalaşmalıdır...
- Büdcəni açıqlaya bilmərəm. Amma yenə də deyirəm, maliyyə baxımından TOP-5-də olan klublardan çox pul xərcləmirik. Düzdü, klub bazamız, meydançalarımız yüksək səviyyədədir. Lakin bu da o demək deyil ki, biz çox pul xərcləyirik. Digər stadionlarda ot örtüyünə xərclənən pulə biz 4 meydançamıza ot örtüyü düzəltmişik. Çünki bizdə hər şey şəffafdır.
 
- Elnur Allahverdiyevlə yollar niyə ayrıldı?
- Elnurun özü... Yəni rəqabətə dözmədi. O, öyrəşib desin ki, "mən millinin oyunçusuyam. Daimi oynamalıyam ki, millidəki yerimi itirməyim". Lakin yenə deyirəm ki, Muntyanu çox intizamlı məşqçidi və futbolçuya karyerasına görə şans vermir. Sırf hazırlığa baxır. Bu məşqçi hər şeyin komanda üçün olduğunu düşünən biridir. Hansı 11 nəfər hazırdırsa, o da meydana çıxır.
 
- Elnurun "Qəbələ" ilə müqavilə müddəti davam edirdi. Hər hansı bir təzminatdan söhbət gedə bilər?
- Elnurun bizimlə hələ 6 aylıq müqaviləsi vardı. Rail Məlikovun zədələnəndə həmin mövqedə Elnur oynayırdı. özü də "Xəzər Lənkəran"dan bizə aşağı bir məbləğə gəlmişdi. Təbii ki, biz hər zaman bunun qarşılığını vermişik. İndi də Elnurun "Qəbələ" üçün etdiklərini nəzərə alaraq, heç bir təzminatdan söhbət gedə bilməz.

aut.az
Redexphoto
Oxşar xəbərlər

Xəbər lenti

09 İyul 2025
00:58

Yeni transferi dubl etdi, "Çelsi" finala yüksəldi

00:33

"Xabiyə bir-iki il vaxt lazımdır"

00:11

PSJ-nin iki futbolçusu 2 oyunluq diskvalifikasiya edildi

08 İyul 2025
23:41

Konfrans Liqası iki oyunla başladı

23:02

"Zirə"nin rəqibi yeni transferini açıqladı

22:40

"Qarabağ"ın digər yaş qrupu da böyükhesablı qələbə qazandı

22:20

"Arda Turan müharibə və müqavilə barədə heç nə soruşmadı" - Dario Srna

21:50

Musiala əməliyyat olundu - Nə vaxt oynaya biləcək?

21:08

Mehrac Baxşalının aqibəti necə olacaq? - Klubu getməsini istəyir

20:40

"Sele" ilə oyuna ciddi hazırlaşırıq" - "Sabah"ın qazaxıstanlı qapıçısı

20:04

Nahid Əliyev "Mingəçevir"də qalmayacaq

19:39

"Matçı səbirsizliklə gözləyirik" - Valdas Dambrauskas

19:17

Tyaqo Silva "Çelsi"dən casusluq etdiyini gizlətmədi

18:51

"Zirə" milli üzvünü sıralarına cəlb etdi - RƏSMİ

18:20

Vüqar Nadirov "Şəmkir"ə qayıtdı, oyunçu seçimləri elan etdi

17:44

Azərbaycanı Avropa birinciliyində 20 boksçu təmsil edəcək

17:23

Ferqyuson bütün zamanların ən yaxşı britaniyalısının adını açıqladı

17:05

Hakanın "Qalatasaray"dan istədiyi maaş bilindi - MƏBLƏĞ

16:44

Azərbaycan Boks Federasiyasında məşqçilərlə görüş keçirildi

16:26

U-15-lərin səssiz savaşı: Neftçala təəssüratları

16:07

Azərbaycan millisi ikinci qələbəsini qazandı

15:48

UEFA "Real Madrid"in apellyasiya şikayətini rədd etdi

15:29

"Araz-Naxçıvan"ın ÇL hazırlığı bəlli oldu - Qazaxıstan və Gürcüstan komandaları ilə...

15:10

"Sabah"ın səfər matçı üçün biletlərin qiymətləri bilindi

14:51

İliç rəhbərliyi altında oynamış həmyerlisini "Sumqayıt"a gətirə bilər

14:33

''Qalatasaray'' kolumbiyalı futbolçunun izinə düşdü - Danışıqlar başladı

14:15

Azərbaycan millisinin müdafiəçisi yeni mövsümə harada başlayacaq? - SON DURUM

13:56

Şahin Diniyev "Sabah"ın rəqibinin bu özəlliyini vurğuladı - AÇIQLAMA

13:37

"Səbail"dən ayrıldı, "Karvan"a qoşuldu - RƏSMİ

13:19

Bu gün "Qarabağ" "Marcet"in azərbaycanlılarına qarşı daha bir oyun keçirəcək

13:01

''Fənərbağça''nın yeni transfer hədəfi - SON DURUM

12:43

2-ci Liqanın bombardiri bu kluba keçir

12:24

Azərbaycan millisi İslandiyaya qarşı

12:06

"Napoli" "Qalatasaray"ın Osimhen üçün göndərdiyi bu təklifə də razı olmadı - MƏBLƏĞ

11:47

Həftəiçi oyunlar bu kanallarda - AFİŞA

11:28

UEFA Konfrans Liqasında mübarizə başlayır, komandalarımız gözləyir

11:09

"Qarabağ" Avstriyadakı ilk oyunda belə uduzdu - VİDEO

10:51

Avropa çempionu klubunu dəyişdi

10:32

Çempionlar Liqası bu gün 10 oyunla start götürür

10:13

“Azərlotereya”nın komandası çempion oldu

Facebookdan bizi izləməyi unutmayın.
X