19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması sentyabrin 14-dən 20-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təşkil olunmuş turnirdə iştirak edəcək. Fanat.az xəbər verir ki, yığmamız Qətər, Albaniya və BƏƏ milliləri ilə qarşılaşacaq.
Komandamız Dubaya 18 futbolçu ilə yollanacaq. Heyətdə iki legioner yer alıb. Belə ki, "Lans"dan Mahir Mədətovla "Zenit"dən Vadim Ağarəhimov millimizə dəvət alıb.
16 sentyabr, saat 19.30
Azərbaycan - Qətər
18 sentyabr, saat 17.30
Azərbaycan - Albaniya
20 sentyabr, saat 19.30
BƏƏ - Azərbaycan
Qasımov Ağaseyid - Qarabağ
Quluzadə Nurlan - Neftçi
Muradbəyli Fəhmin - Neftçi
Həşimli Mirkamil - Neftçi
Xakimov Yusup - Bakı
Məmmədov Təyyar - Bakı
Səfərzadə İlyas - Xəzər Lənkəran
Cəfərov Elnur - Xəzər Lənkəran
Xudadatov Eltun - Qəbələ
Nəbiyev Yusif - Qəbələ
Mustafazadə Bəhlul - Qəbələ
Zamanov Emin - Qəbələ
Əliyev Qismət - Qəbələ
Nahavəndi Mansur - İnter
Həsənov Anar - Rəvan
Nəsirov Budaq - Araz Naxçıvan
Mədətov Mahir - Lans (Fransa)
Ağarəhimov Vadim - Zenit (Rusiya)
Fanat.az