Topaz Premyer Liqasının növbəti turunda "Bakı"nın qonağı olacaq "Sumqayıt" hazırlğını davam etdirir. Fanat.az xəbər verir ki, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda gün ərzində iki dəfə olmaqla Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda məşq keçib.
Müdafiəçi Şəhriyar Xəlilov komandanın son məşqində zədə alıb. U-21-in heyətində olan 6 futbolçu da artıq kollektivə qoşulub.
Qeyd edək ki, "Bakı" - "Sumqayıt" oyunu sentyabrın 14-də, saat 17.30-da "Bakı"nın təlim-məşq bazasında baş tutacaq. Oyunun baş hakimi Vüsal Əliyev olacaq.
Fanat.az