Xəbər verdiyimiz kimi, "Barselona"nın yeni baş məşqçisi Ernesto Valverde olacaq. O, artıq "Atletik"dən istefa verib. Bu barədə Bilbao klubu rəsmi açıqlama yayıb.
Bundan əvvəl "Barselona"nın prezidenti Josep Maria Bartomeu yeni baş məşqçinin mayın 29-da açıqlanacağını elan etmişdi. İndi bütün diqqətlər həmin tarixə yönəlib.
Bu arada artıq Valverdenin gələn mövsm komandada görmək istəmədiyi futbolçuların siyahısını rəhbərliyə təqdim etdiyi bildirilir. İddialara görə, 53 yaşlı mütəxəssis Arda Turan, Rafinya, Pako Alkaker, Lunas Diqne və Ceremi Mathyunu heyətdə görmək istəmir.
Fanat.Az