AZAL Premyer Liqanın V turunda "Qarabağ"ı qəbul edəcək. Fanat.az xəbər verir ki, baş məşqçi Tərlan Əhmədov start heyətini açıqlayıb.
Baş məşqçi "Qəbələ" ilə oyuna nisbətən heyətdə 3 dəyişiklik edib. Ötən matçın gedişində meydana çıxan Təmkin Xəlilzadə və Viktor İbekoyi, həmçinin zədəsini sağaldan Freddi Mombonqo "11-lik"də yer alıb. Əvəzində Luis Ramos, Eduardo Makiel və Aydın Qasımov kənarda qalıb. Eduardo qırmızı vərəqə cəzalısı olduğundan oyunu buraxmalı olub. Ramosla Aydın ehtiyatda qalıb.
Fanat.az