15:30 24.06.2026 407

AFFA-nın yeni təşviq mexanizmi ilk mövsümünü uğurla yekunlaşdırdı

AFFA İcraiyyə Komitəsinin 3 fevral 2025-ci il tarixli qərarına əsasən, Azərbaycan futbolunda ilk dəfə tətbiq olunan yeni təşviq mexanizmi çərçivəsində Misli Premyer Liqası klublarına ödənişlər həyata keçirilib. 

Fanat.Az xəbər verir ki, qurumun mətbuat xidməti bununla bağlı məlumat yayıb.

"Bildiyiniz kimi, bu mexanizm AFFA tərəfindən yerli futbolçuların inkişafını təşviq etmək, klubların maliyyə dayanıqlığını gücləndirmək və ümumilikdə ölkə futbolunun inkişafına əlavə dəstək vermək məqsədilə yaradılıb. AFFA tərəfindən formalaşdırılan qaydalara əsasən, bonus fondu klubların legioner futbolçular üzrə ödədikləri rüsumlar hesabına formalaşıb və vəsait yerli futbolçuların Misli Premyer Liqasında meydana çıxdıqları dəqiqələrə uyğun olaraq bölüşdürülüb.

Bu təşviq mexanizmi klubların yerli və xüsusilə gənc futbolçulara daha çox etimad göstərməsini, onların inkişafına üstünlük verməsini və Azərbaycan futbolunun gələcəyinin formalaşmasına töhfə verməsini hədəfləyir.
Qərara əsasən, Premyer Liqada çıxış edən 12 kluba ümumilikdə 2 milyon 560 min manat ödənilib. Bonus bölgüsündə ən yüksək nəticə göstərən “Qəbələ” klubu 379 min 987 manat vəsait və əlavə 50 min manat xüsusi mükafat əldə edib. Siyahının ikinci pilləsində yer alan “Sumqayıt” klubunun qazancı 299 min 197 manat, üçüncü sıradakı “Şamaxı” klubunun fonddan gəliri isə 267 min 314 manat təşkil edib.
Bununla yanaşı, AFFA tərəfindən toplanmış vəsaitin 1 milyon 500 min manatlıq hissəsinin Peşəkar Futbol Liqasının büdcəsində saxlanılmasına icazə verilib.

AFFA ilə Peşəkar Futbol Liqası arasında çempionatın təşkili və keçirilməsi ilə bağlı müqaviləyə uyğun olaraq, AFFA İntizam Komitəsinin tətbiq etdiyi maliyyə sanksiyalarından, eləcə də legioner futbolçular üzrə müəyyən edilmiş rüsumlardan formalaşan vəsaitlərin Peşəkar Futbol Liqasının büdcəsinə daxil edilməsinə AFFA tərəfindən səlahiyyət verilib.

Təşviq mexanizminin yerli futbolçuların inkişafına, klubların fəaliyyətinə və ümumilikdə Azərbaycan futboluna müsbət təsir göstərdiyini nəzərə alaraq, layihənin növbəti mövsümdə də davam etdirilməsi planlaşdırılır".

Telegram Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol
Oxşar xəbərlər

Xəbər lenti

23 Avqust 2026
12:51

Nkunku Almaniyaya qayıtmağa yaxındır

12:17

Balde "Barselona"dan ayrılmağa qərar verdi - SON DURUM

11:43

"Araz-Naxçıvan"da heyətlə bağlı son durum bilindi: Biri sıraya döndü, biri isə...

11:02

"Atalanta" Elmasın transferini açıqladı

10:34

Klublarımızın yay planları: Kim gəlir, kim gedir? - YENİLƏNİR

10:07

"Barselona"nın Lautaro istəyi düyünə düşdü - "İnter" hücumçusunu bu qiymətə də satmaq istəmir

09:39

Günün oyunları bu kanallarda - AFİŞA

09:00

MPL: "Turan Tovuz" "Şamaxı"ya qarşı, "Neftçi"nin "Araz-Naxçıvan" sınağı

02:22

La Liqa: "Real Madrid" səfərdən 3 xalla dönür

01:59

Liqa 1: "Lans" "Oser"i məğlub etdi

01:44

A Seriyası: "İnter" darmadağına sevindi

01:29

Super Liqa: "Fənərbağça" inamlı qələbəyə sevindi

01:12

Premyer Liqa: "Tottenhem" darmadağına uğradı

00:46

"Olduqca gərgin və maraqlı oyunun şahidi olduq" -Rəşad Sadıqov

00:17

"Gənc futbolçulara şans vermək klubun strategiyasıdır" - Fərid Namazov

22 Avqust 2026
23:29

Kaxaber Tsxadadze "Şəfa" ilə matçdan sonra nə danışdı?

23:12

Zaur Həşimov "Qəbələ" üzərində qələbəni belə şərh etdi

22:39

MPL: "Şəfa" "Qəbələ"ni məğlub etdi, "Zirə"dən inamlı qələbə

22:09

Andre Almeyda "Selta" yolunda

21:44

Qana milli komandasında Bisivu planı

21:12

Beto İtaliyaya qayıda bilər

20:46

Santyaqo Ximenes "Portu" yolunda

20:17

"Arsenal" yeni Xviçanı tapdı

19:54

"Lids Yunayted" Mudriki icarəyə götürmək istəyir

19:14

Niko Qonzalesin gedişinə yaşıl işıq yandırıldı

18:48

"Mançester Siti" braziliyalı ulduz üçün 35 milyon təklif edir

18:22

"Yuventus" Frenki de Yonqu "radara alıb"

17:45

İtaliya təmsilçisi Torreyranı alır

17:12

Səudiyyə Ərəbistanı klubu Talişkanı rənglərinə bağlamaq istəyir

16:40

Messi rəqibini vurduğuna görə cərimələndi

16:08

Məmmədzadə yeni müqaviləyə imza atdı

15:50

"Sevilya" gürcüstanlı futbolçunu heyətinə qatdı

15:11

"Çelsi"də yeni müqavilə

14:47

Xose Manuel Armada Sarko “Sabahın Ulduzları” layihəsi ilə bağlı təəssüratlarını bölüşdü

14:15

Di Maria karyerasını bitirmək istəyir

13:48

Parşkova "Murov Az Terminal"da

13:10

"Qalatasaray"ın futbolçusu Fransa klubuna transfer olundu

12:50

Malayziya klubu dünya rekorduna imza atdı

12:09

Qoretska İPL klubuna keçməyə yaxındır

11:44

Belçika İspaniyaya, Rumıniya Niderlanda qarşı

Facebookdan bizi izləməyi unutmayın.
X