Azərbaycanı 2017/18 mövsümündə Avropa Liqasında təmsil edəcək “Zirə” klubu 3 əcnəbi futbolçusu ilə yeni müqavilə bağlayıb.
Fanat.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, ötən il “1+1” şərti ilə anlaşan Milan Düriç və Yovan Krnetanın saxlanılmasına qərar verilib. Həmçinin, müqaviləsinin müddəti başa çatan Viktor İqbekoyi ilə yeni anlaşma imzalanıb. Həm Krneta, həm də İbekoyi “qartallar”ın sıralarında ardıcıl 3-cü mövsümünü keçirəcək.
Bundan başqa, əvəzedici komandadan cəlb edilən Elgün Nəbiyev, İlkin Muradov və Abdulla Seyidəhmədovla 3 illik yeni müqavilə imzalanıb.
Fanat.Az